Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Putinin adamları” Azərbaycan qaz borusunun keçdiyi ölkədə hökumət formalaşdırır

Tarix 22.05.18, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyada martın əvvəllərində keçirilmiş parlament seçkilərində yerlərin çoxunu qazanmış iki populist və rusiyameylli partiya-“Beş ulduz” hərəkatı və “Şimal liqası” ölkə prezidenti Serjio Matarelleyə koalision hökumətin baş naziri vəzifəsinə namizədi təqdim ediblər. Bu, indiyə qədər siyasətdə heç kimin tanımadığı vəkil və hüquq professoru Cüzeppe Kontedir

Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, 54 yaşlı Konte barədə çox az məlumat var. O, əvvəllər sol təmayüllü siyasətçi kimi özünü tanıtmağa çalışıb, amma sonradan Avropada solçuluğun daha aktual olmadığını əsas gətirərək bu ideologiyadan daşınıb. Seçki kampaniyası dövründə Konte bir dəfə də olsun publika qarşısında görünməyib. Habelə seçkilərdən sonra koalision hökumətin formalaşdırılmasına dair danışıqlarda heç vaxt onun adı çəkilməyib.



Buna baxmayaraq “Beş ulduz” hərəkatının lideri Lyuci Di Mayo bildirib ki, Konte texniki fiqur deyil, siyasətçidir. “Şadam ki, biz onun namizədliyi məsələsində razılığa gəldik”-o bildirib.

“Şimal liqası” və “Beş ulduz” hərəkatı koalision hökumətin proqramını mayın əvvəllərində razılaşdırıblar. Bura korrupsiyaya qarşı mübarizə, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının qorunması, pensiya islahatları və s. daxildir.

Hər iki partiya İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP boru kəmərinə qarşı uzun müddət təbliğat aparıblar, aksiyalar təşkil ediblər. Bu baxımdan İtaliyada “Putinin adamlarının” formalaşdırdığı hökumətin TAP-la bağlı davranışlarının necə olacağı maraq doğurur.



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap