Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qüdrətli dövlət naminə” – Vergilər Nazirliyindən maraqlı videoçarx

Tarix 18.07.19, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə nazirliyin təşəbbüsü ilə bir neçə sosial reklam çarxı hazırlanıb.

Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub.

Sosial çarxların süjetləri real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub.

Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən sayca 4-cü olan “Qüdrətli dövlət naminə!” çağırışı ilə hazırlanmış növbəti sosial reklam çarxı hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb.

Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.

“Qüdrətli dövlət naminə” sosial reklam çarxının iyul ayında mərkəzi televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.









Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap