Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qüdrətli quda” müdaxilə etdi, İcra Hakimiyyəti bir-birinə dəydi

Tarix 15.03.18, 5:25

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün bundan əvvəl Balakəndə “8 mart Qadınlar Günü” münasibətilə şagirdlərdən pul yığılması və yığılan pulların rayon İcra Hakimiyyətinə göndərildiyi barədə ölkə mediasında məlumatlar yayıldı.

Qlobal.az-a daxil olan məlumata görə, bu xəbər mediada yayıldıqdan sonra Balakən rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında ciddi ixtilaflar baş verməkdədədir. Belə ki, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ölkə mediasında rəhbərlik etdiyi qurumun adının hədəfə gətirilməsinə görə ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmovanı ciddi tənbeh edib. İddia olunur ki, İslam Rzayev dar çərçivədə Nəzakət Rüstəmovanın əlindən bezdiyini, onu ölkədə keçiriləcək prezident seçkilərindən sonra vəzifəsindən azad edəcəyini də deyib. Hətta aprel ayında Balakən rayon İcra Hakimiyyətinə ictimai-siyasi və humanitar məsələlər üzrə təyin olunacaq yeni müavinin adı da bəzi şəxslərə məlumdur.

Məlumatda daha ilginc detal isə rayonun adının ölkə mediasında neqativ hallandırılmasına görə İslam Rzayevin Balakənə qeyr-rəsmi kuratorluq edən Zeynal Əliyev tərəfindən qınanılması olub.

Qeyd edək ki, ölkə ictimaiyyətinə adı çox da tanış olmayan Zeynal Əliyevin ölkənin ən qüdrətli şəxslərindən birinin qudasıdır.

Zeynal Əliyevin xeyir-duası ilə Balakənə son illər xeyli əcnəbi şirkətlərin gəldiyi, böyük investisiyaların yatırıldığı deyilir.

Məsələ ilə əlaqədar Balakən rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.



Xəbərin oxunma sayı : 2623




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap