Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qaşıqçının öldürülmə təlimatını kral Salman verməyib…” – Çavuşoğlu

Tarix 06.11.18, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


"Qaşıqçı cinayəti ilə bağlı əlimizdə hələ ki media ilə paylaşmadığımız başqa dəlillər də var”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Camal Qaşıqçı cinayəti ilə bağlı istintaqın davam etdiyini bildirib.

“Səudiyyə Ərəbistanı ilə birgə işçi qrup təsis etmişik. Amma bu işçi qrupu nəticəsi olmalıdır. Bu açıq şəkildə sual olaraq qalır ki, İstanbula gələrək Qaşıqçını öldürən 15 nəfər tapşırığı kimdən alıb? Bu göstərişi kimin verdiyini bilməyimiz lazımdır. Bu məsələ ilə bağlı hələlik Səudiyyə Ərəbistanından cavab ala bilməmişik. Səudiyyə Ərəbistanı Qaşıqçının cəsədinin aqibətinin nə olduğunu da açıqlamalıdır. Bilirik ki, Qaşıqçının öldürülməsi haqda təlimat kral Salman tərəfindən verilməyib. Kral Salman birinin öldürülməsinə təlimat verəcək bir insan da deyil.

Bəzi dəlillərimiz var. Bunların bəzilərini media ilə bölüşdük. Bu dəlilləri həmçinin Səudiyyə tərəfi ilə də bölüşdük. Hələ başqa dəlillər də var. Bu dəlilləri görmək istəyən ölkələrə də bu fürsəti verdik. Araşdırmadan sonra dəlilləri tam isbatlayacağımıza əmin olandan sonra, bunları da media ilə bölüşəcəyik” – Cavuşoğlu belə deyib.



Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap