Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qaşıqçının cəsədi Türkiyədən çemodanla çıxarıla bilər” – Hulusi Akar

Tarix 18.11.18, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


“Səudiyyəli jurnalist Camal Qaşıqçının hissələrə ayrılmış cəsədi Türkiyədən diplomatik toxunulmazlığı olan çemodanla çıxarıla bilər”.

”Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
O, bildirib ki, bu mövzuda ehtimallarla danışmaq mümkündür. “Bu məsələdə imkanlar barədə danışmaq olar. Onlar (cinayəti törətməkdə şübhəli bilinən 15 səudiyyəli – red) Türkiyəni qətldən 3-4 saat sonra tərk ediblər. Ola bilər ki, onlar Qaşıqçının doğranmış cəsədini Türkiyədən heç bir problem olmadan diplomatik toxunulmazlığı olan çemodan vasitəsilə çıxarıblar”, – deyə nazir Qalifaks şəhərində təhlükəsizliklə bağlı keçirilən beynəlxalq forumda bildirib.

2017-ci ildən ABŞ-da yaşayan “Washington Post”un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşüb. Səudiyyə Ərəbistanının rəsmi mətbu orqanı oktyabrın 20-də ölkənin Baş Prokurorluğuna istinadən Camal Qaşıqçının diplomatik missiyanın əməkdaşı ilə dava zamanı öldürülməsi barədə məlumat yayıb. İstanbul Prokurorluğu isə Qaşıqçının əvvəldən planlaşdırılmış şəkildə boğularaq qətlə yetirildiyini və cəsədinin hissələrə ayrıldığını bildirib.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap