Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Qalatasaray“dan transfer bombası - Dünya ulduzu gəlir

Tarix 12.07.20, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


"Qalatasaray" transfer bombasını partlatmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, İtanbul klubu Mario Mandzukiçlə danışıqlar aparır.

Qətərin "Əl-Duhail" klub ilə yollarını ayıran xorvat forvardla Türkiyə klubunun rəsmiləri arasında ilk görüş baş tutub. Məlumata görə, Mandzukiç "Qalatasaray"ın təklfinə müsbət yanaşır və Türkiyədə oynamağa razıdı. "Sarı-qırmızılılar" xorvat futbolçuya illik 3,5 milyon avro təklif edir.

Qeyd edək ki, Mandzukiç karyerasına vətənində "Marsonia" klubunda başlayıb (2004-2005). Daha sonra "Zaqreb"in formasını geyinən (2005-2007) futbolçunu 2007-ci ildə "Dinamo" (Zaqreb) 1,5 milyon avroya heyətinə qatıb. Xorvatiya klubu hücumçunu 2010-cu ildə 7 milyon avroya "Volfsburq"a satıb. İki il sonra isə "Bavariya" onu 13 milyon avroya alıb. 

Mandzukiç 2014-cü ildə 22 milyon avro qarşılığında "Atletiko"ya transfer olunub. Xəmi bir il sonra isə "Yuventus" onu 23,4 milyon avro ödəməklə heyətinə qatıb. Xorvat futbolçu 2019-cu ildən "Əl-Duhail"də çıxış edirdi.

Mandzukiç klub karyerası ərzində Xorvatiya çempionluğunu (3 dəfə), kubokunu (2), Almaniya çempionluğunu (2), 2 kubokunu (2), Super Kubokunu (1), İtaliya çempionluğunu (4), kubokunu (4), Super Kubokunu (1), İspaniya Super Kubokunu (1), Çempionlar Liqasını (1), UEFA Super Kubokunu (1) və klublararası dünya çempionluğunu (1) qazanıb. 

2007-2018-ci illərdə Xorvatiya millisinin formasını geyinən Mandzukiç 89 oyunda 33 qol vurub. Futbolçu "DÇ-2018"in gümüş mükafatını qazanıb.



Xəbərin oxunma sayı : 2548




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap