Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Qalib gəlsək, qrup birincisi olacağıq, alınmasa...“ - Qurban Qurbanov

Tarix 18.11.18, 1:41

Font ölçüsü : - / +
bitmap-img6


"Futbolçularımı təbrik edirəm. Qalibiyyət bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır evdə qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq. Amma ikinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə, oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdır. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, hamısına güvənirəm. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bacarmasalar belə, güclərini artıqlaması ilə meydanda qoyacaqlar”.

Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Farer adaları ilə 2:0 hesabı ilə qələbədən sonra  mətbuat konfransında deyib. 

Baş məşqçi bildirib ki, futbolçularımız qarşıda Kosovo ilə qrup liderliyi üçün əhəməiyyət daşıyan oyunun vacibliyini dərk edirlər:  "İnanmıram ki, bu amil onlara mənfi təsir etsin. Əksinə, belə anlar komandanı daha da möhkəmlədir. Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək".

- İlk dəfə sizin rəhbərliyiniz altında millidə oynayan futbolçu var idi. Onlardan razı qaldınızmı?

- Demək olar ki, optimal heyət formalaşıb. Amma qısa müddət sonra Kosovo ilə səfər oyunu var. Bu heyətin gücü çatacaqmı?

- Rəqibin oyununu bilirik. Amma yenə də onların son matçına bir də baxacağıq. Hansı heyət uyğundursa, o cür də meydana çıxacağıq. Futbolçuların oyuna kimi olan durumu vacib olacaq. Kamran və Pavelin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da mikrozədələri var idi. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. 1-2 dəyişiklik gözlənilir.

 Hansı turnirdə iştirak etmişəmsə, maksimum nəticə əldə etməyə çalışmışam. Bunun alınıb-alınmadığını deyə bilmərəm. Son tur öncəsi hələ də şansımız var. Qalib gəlsək, qrup birincisi olacağıq. Alınmasa... Bu barədə düşünmürəm. Futbolçularla söhbətim oldu ki, başqa düşüncəmiz olmamalıdır. Optimal oyun və xarakter göstərməliyik.



Xəbərin oxunma sayı : 199




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap