Karyerasına son qoyub körpəsini böyütmək istəyir “Məni milyonçu hesab edirlər” - Vasif “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası Elnarə ilə Tolik arasında dava
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2018

    Karyerasına son qoyub körpəsini böyütmək istəyir

  • / Maqazin / — 17 Fevral 2018

    “Məni milyonçu hesab edirlər” - Vasif

  • / Maqazin / — 16 Fevral 2018

    “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

  • / Maqazin / — 09 Fevral 2018

    Elnarə ilə Tolik arasında dava

  • / Maqazin / — 07 Fevral 2018

    Elza Seyidcahan polisə şikayət etdi

  • / Maqazin / — 06 Fevral 2018

    Tanınmış müğənni 3-cü ərindən də boşandı

“Qalib Salahzadə sözünün üstündə durmayan şəxsdir” – Çingiz Qənizadə

Tarix 12.10.17, 10:58

Font ölçüsü : - / +
bitmap-img6


“Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq deputat Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsini bu gün məhkəmədə geri götürəcək. Hələ ərizəni geri götürməmişik”.

Bunu “Report”a Ç.Qənizadənin vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, iddia üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək: “Müvəkkilim Çingiz Qənizadə mənə dedi ki, bu gün gedib məhkəmədə ərizəni geri götürərsən. Mən də məhkəmə zamanı həmin ərizəni geri götürəcəm. Artıq məsələyə aydınlıq gətirildi. Müəyyən olundu ki, Qalib Salahzadənin dedikləri həqiqətə uyğun olmayan məlumatlardı. Qalib Salahzadənin özü də mətbuatda bunu etiraf ertdi. Buna görə də Çingiz müəllim bildiridi ki, Qalib Salahzadə qeyri-ciddi insandır, sözünün üstündə durmayan şəxsdir və ona qoşulmağı özünə rəva bilmir”.
Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.



Xəbərin oxunma sayı : 115

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda