Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qanuni oğru”ların 1 nömrəli düşməni bilindi - nazir Kolokoltsev...

Tarix 22.02.19, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Putinin kriminallarla bağlı imzalamağa hazırlaşdığı qanunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin əməkdaşları hazırlayıb; “qanuni oğru”lar vəziyyətdən çıxış yolu axtarır... 

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanunvericilik təklifi ilə çıxış edib.

Putinin təklifinə görə, belə qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar. Təklifin əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru" kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.

Məlumdur ki, bu taktikadan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən dərhal sonra istifadə etmişdi. Belə ki, “Qızılgül inqilabı”ından əvvəl Gürcüstanda cinayətkarlığın səviyyəsi olduqca yüksək idi, az qala hər iki adamdan biri özünü "qanuni oğru" sayırdı. Saakaşvili mütəşəkkil cinayətkarlığa sarsıdıcı zərbə vurmaq üçün xüsusi qanun layihəsi hazırlayıb parlamentə təqdim etdi. Bu qanuna əsasən, şəxsin "qanuni oğru" statusunu etiraf etməsi onun 8-10 ilə qədər həbsi üçün əsasdır. Cinayətkar aləmin qanunlarına görə, əgər "qanuni oğru" titulu daşıyan şəxs bunu publik şəkildə inkar edirsə, dərhal bu statusunu itirmiş olur. Beləliklə, polis gürcü "oğru”lara qarşı əməliyyatlar keçirirdi və onları qruplar halında tuturdu. Daha sonra kameralar qarşısında onlara “qanuni oğru” olub-olmadıqları haqda sual verilirdi.
Bu qanunun təsiri ilə Gürcüstanda “qanuni oğru”ların sayı sürətlə azaldı - onların çoxu ölkəni tərk etməli oldu.
İndi bu taktikadan Rusiya prezidenti istifadə edir. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin prezidentin bu təklifinin dərhal parlamentdə müzakirəyə çıxarılacağını bəyan edib.

Musavat.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə sözügedən dəyişikliyi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “qanuni oğrular” və mütəşəkkil cinayətkar qruplaşmalarla mübarizədə ixtisaslaşmış əməkdaşları hazarlayıb. Heç kimə sirr deyil ki, Rusiyada “qanuni oğru”lara qarşı müharibənin əsas qəhrəmanı 2012-ci ildən Rusiyanın daxili işlər naziri vəzifəsində çalışan Vladimir Kolokoltsevdir. 57 yaşlı DİN rəhbəri “Görüş yerinin dəyişmək olmaz” filminin qəhrəmanı Qleb Jeqlov kimi “oğru türmədə oturmalıdır” ideyasını həyata keçirir. Bir neçə il əvvəl Rusiya vətəndaşını öldürən Orxan Zeynalovu qolları bağlı şəkildə kabinetinə gətirdən Kolokotsev kriminal aləmə amansız mövqeyi ilə tanınır. Sankt-Peterburq Hərbi Milli Qvardiyasının məzunu olan Vladimir Kolokoltsev bundan əvvəl də uzun müddət Moskvanın Baş Polis İdarəsinin rəisi işləyib. Vahid Rusiya Partiyasında təmsil olunan nazirin bir qızı və bir oğlu var. 
V. Kolokoltsev iki il əvvəl Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, “Ded Xasan”ın varisi sayılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsində də əsas rol alıb. Ötən il Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində də daxili işlər nazirinin göstərişi ilə “qanuni oğrular"ın kütləvi şəkildə ölkədən çıxarılmasına başlanmışdı. 
Postsovet məkanının ən nüfuzlu “qanuni oğru”larından biri sayılan “Taro” ləqəbli Tariel Onianinin həbsdən azad edildikdən dərhal sonra ölkədən qovulması ilə bağlı qərarı da şəxsən nazir özü imzalıyıb. Orenburq vilayətindəki “Qara delfin” adlandırılan ciddi rejimli koloniyada “Taro” ilə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin nümayəndəsi görüşüb. Rusiya KİV-nin xəbərinə görə, “Taro”nun azadlığa buraxılandan sonra Rusiyada qalmasını yasaqlayan sənədə imza atmaq üçün nazir məzuniyyətini yarımçıq qoyub. Nazirin göndərdiyi nümayəndə ilə görüşən “qanuni oğru” ona verilmiş sənədi imzalayıb. “Taro” yaxın aylarda azadlığa çıxmalıdır.

Ötən ay azərbaycanlı "qanuni oğru”, Emin Hacıqabulski kimi tanınan Emin Əhmədov Krasnoyarski həbsxanasından azadlığa buraxılıb. Emin Əhmədov azadlığa buraxılan kimi ona Rusiya Daxili İşlər Nazirliyinin ölkə hüdudlarını dərhal tərk etməsi barədə qərarı elan olunub. Qərarda bildirilir ki, Emin Əhmədov ömürlük Rusiyaya gəlmək yasaq olunub. O, xəbərdarlıqla bağlı rəsmi sənədi imzalamaqdan imtina etsə də, Rusiyanı tərk edib və Bakıya gəlib.

Rusiya mənbələri yazır ki, hazırda Rusiyada 430 “qanuni oğru”adı almış kriminal var. Onların isə təxminən 70 nəfəri ölkə ərazisində yaşayır. “Qanuni oğrular”ın ən böyük konsentrasiyası isə Moskva regionunda, Sankt-Peterburq və Krasnodar bölgəsindədir. “İndi “qanuni oğrular” vəziyyətdən çıxmaq üçün daha az radikal variantlardan istifadə edirlər. Ən optimalı müvəqqəti miqrasiyadır ki, onlar yad ellərdə də toy-bayramla qarşılanma gözləmir.







Xəbərin oxunma sayı : 580




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap