Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq” – İnfeksionist

Tarix 05.03.21, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


“İnsanların yoluxma artan zaman baş verə biləcəklərlə bağlı müəyyən təcrübələri var. Biz ölkə olaraq üç dəfə qapanmaya getmişik və sonradan yoluxma sayı enib və yumşaldılmalar olub”.

Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

Onun sözlərinə görə, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir:

“Son bir həftədə yoluxmanın artmasını müşahidə edirik. Yoluxma sayı 300-dən yuxarıdır. Qarşıdan da bayram günləri gəlir. Düzdür, adət-ənənələrə görə bayramlar həmişə qeyd olunur və olunmalıdır. Amma hamımız başa düşməliyik ki, bütün dünyada pandemiyadır. Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ayaqlaşmalı və məsuliyyətli olmalıyıq. Əgər biz bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bayram günlərində əks-epidemik tədbirlərinə riayət etməliyik”.

“Virusun olduğunu unutsaq, gediş-gəliş çox olsa, bayramdan sonra çox güman yoluxma daha da artacaq. Bu da ciddi qapanmalara getməyi, “SMS icazə” sisteminin bərpasını labüd edəcək. Bu qapanmalar da psixologiyamıza təsir edəcək. Bu səbəbdən əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq. Qapanmaya getmək istəmiriksə, bayramlarda zəhmət çəkək hamımız evimizdə oturaq”, – ekspert vurğulayıb. (report)




Xəbərin oxunma sayı : 727




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap