Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarşıdakı oyunlardan sonra hazırlığımız yüksək səviyyədə olacaq” – Rəşad Sadiqov

Tarix 19.01.17, 6:09

Font ölçüsü : - / +
bitmap-img6


“Təlim-məşq toplanışında ikinci oyunumuzu keçirdik. İlk matçla müqayisədə daha yaxşı oynadıq. Çünki Albaniya “Partizani”si ilə qarşılaşma ilk oyunumuz idi. Cəmi iki məşq edib, matça çıxmışdıq”.

Aut.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Rəşad Sadıqov deyib.
O, klubun saytına açıqlamasında Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubuna qalib gəldikləri yoxlama oyunu haqda danışıb:

“Bu dəfəki rəqibimiz “Partizani” ilə müqayisədə daha güclü komanda idi. Rumıniya təmsilçisi öz çempionatında liderlər qrupundadır. Buna baxmayaraq, indi daha yaxşı oynadıq. Çünki həm albaniyalılarla matça qədər az məşq etmişdik, həm də fərqli heyətlərlə mübarizə apardığımızdan oyunun tempini tam tuta bilmədik”.
 
Sadiqov “qırmızı-qaralar”ın hazırlığını dəyərləndirib: “Mövsümün ikinci yarısına tam hazır olduğumuzu deməzdim. İndi təxminən 50 faiz hazır vəziyyətdəyik. Hələ üzərimizdə, məşqlərdə çalışmalıyıq. Hazırlıq keçdikcə yavaş-yavaş oyun planında da hər şey qaydasına düşür. Cəmi bir həftədir hazırlığa start vermişik. Qarşıdakı yoxlama oyunlarından sonra hazırlığımız yüksək səviyyədə olacaq. Düzdür, hazırkı vəziyyətdə “Qaz Metan” kimi komanda üzərində qələbə qazandıq. Yoxlama oyununda nəticə önəmli sayılmasa da, qələbə böyük amildir. Qalib gələndə futbolçularda özünəinam artır”.



Xəbərin oxunma sayı : 91




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap