Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qarşımızda çox iddialı bir hədəf var” - Mikayıl Cabbarov

Tarix 27.02.21, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


"Mart ayının 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında qüvvəyə minən preferensial ticarət sazişi ölkələrimiz arasında olan ticarət əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcək”.

AzFakt.com xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərlotereya”nın Türkiyənin "Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilənin imzalanma mərasimində deyib.

"İki gün sonra biz ikitərəfli münasibətlərimizdə daha bir əlamətdar tarixi yaşayacağıq. Bizim qarşımızda çox iddialı bir hədəf var. 2025-ci il üçün ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmalıyıq”, - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov bildirib ki, "Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam dövlət şirkətlərinin fəaliyyətinin yenidən qurulması çərçivəsində qəbul olunmuş mühüm qərarlardandır.

Onun sözlərinə görə, müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və rəqabət qabiliyyətinin artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan növbəti addımdır. Həmçinin, xarici investorların cəlbi "Azərlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, iqtisadi səmərəsini artıracaq.

Nazir onu da diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan iqtisadiyyatında 11 milyard manat sərmayə qoyuluşu ilə fəal rol oynayır.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin "Demirören Holding” şirkəti arasında imzalanan müqaviləyə əsasən, "Azərlotereya” ASC tərəfdaşa 10 il müddətində icarəyə veriləcək.



Xəbərin oxunma sayı : 841




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap