“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Qarabağ“ 10-cu dəfə Azərbaycan çempionu oldu, tarix yazdı - Rekord

Tarix 13.05.23, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub.

31-ci çempionatın qalibi adına "Qarabağ” yiyələnib.

Ağdam klubu XXXIV turda "Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

Xallarının sayını 87-yə yüksəldən "Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi "Sabah” (77 xal) üçün əlçatmaz olub.
Ətraflı

Beləliklə, "köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla "Neftçi”yə məxsus olub.

Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.

"Sabah” cari mövsümü gümüş, "Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu isə o deməkdir ki, 2023/2024 mövsümündə "Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, "Sabah” və "Neftçi” isə UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqənin sahibi hələ bəlli deyil.

Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında "Zirə” ilə "Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, "Turan Tovuz” səfərdə "Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də "Neftçi” – "Şamaxı”, 17-də isə "Sumqayıt” - "Sabah” görüşləri olacaq.








Xəbərin oxunma sayı : 349




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap