Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ” Çempionlar Liqasında ilk matçına çıxacaq

Tarix 11.07.17, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxacaq. “Report”un məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə düşməyi hədəfləyən “Qarabağ” ilk oyununu evdə keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma türkiyəli hakimlərə həvalə olunub.
Əvvəlki üç mövsümdə ilk rəqiblərini mübarizədən kənarlaşdırmağa müvəffəq olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ənənəsinə sadiq qalması üçün evdəki görüşdə rəqibini üstələməsi önəmlidir.
“Qarabağ” iki görüşün nəticəsinə əsasən qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar
Dördüncü hakim: Erdem Bayik
(hakimlər briqadası Türkiyədəndir)
UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.



Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap