Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ“ çətin və güclü rəqibdir“ - “Gent“in baş məşqçisi

Tarix 09.11.22, 10:38

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" çətin, eyni zamanda güclü rəqibdir". "Report"un məlumatına görə, bunu Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə yerli mətbuata açıqlamasında deyib.

Püşkün nəticəsini dəyərləndirən 58 yaşlı mütəxəssis bildirib ki, İtaliya "Latsio"su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısı eyni səviyyəli komandalardır: "Rəqibin kimliyi heç vaxt mənim üçün əhəmiyyət kəsb etmir. Çünki bu mərhələdə zəif komanda yoxdur".

Belçikalı baş məşqçi "köhlən atlar" 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladıb: "Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Təkcə bu amillər rəqibin gücündən xəbər verir".

Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: "Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl uyğunlaşa bilərik".

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.



Xəbərin oxunma sayı : 865




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap