Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ“ “Sürix“i üstələyib qrupu təmin etdi - VİDEO

Tarix 27.07.22, 23:52

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

AzFakt.com xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"lə cavab oyununa çıxıb.

Ötən həftə Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə bu üstünlüyünü qorumağa çalışıb.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edib.

"Letsiqrund" stadionunda reallaşan görüş dramatik alınıb. "Qarabağ" müdafiəçis Maksim Medvedevlə qapıçı Şahruddin Məhəmmədəliyevin bir-birini anlamaması səbəbindən erkən avtoqola üzülüb. Ağdamlılar fasiləyədək qol imkanları yaxalasalar da, hesabı bərabərləşdirə bilməyiblər. 

İkinci yarıda Şeydayevin yaratdığı təzyiq sayəsində top Kadinin önünə düşüb. Braziliyalə hesabı bərabərləşdirib. Lakin 5-ci uzatma dəqiqəsində qapısında növbəti qolu görən Ağdam təmsilçisi əlavə vaxtda mübarizə aparmaq məcburiyyətində qalıb.

Azərbaycan çempionu oyuna sonradan qoşulan Ovusunun qolu sayəsində məğlub durumdan çıxıb və ümumi hesabdakı üstünlüyün bərpa edib. Qalan dəqiqələrdə Qurban Qurbanovun komandası İsveçrəyə nəticə dalınca gəldiyini apardığı mübarizə ilə isbatlayıb. Kəsərli hücumlar quran və ara-sıra əks-həmlələrlə rəqibinə çətin anlar yaşadan ağdamlılar başqa qol vurmasa da, 2:2 hesablı səfər heç-heçəsi ilə istəyinə çatıb. 

Çmpionlar Liqasının III təsnifat  mərhələsinə yüksələn təmsilçimiz ardıcıl 9-cu dəfə avrokubokların, ən pis halda Konfrans Liqasının qrupunda olacaq. 

"Qarabağ" III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. "Sürix" isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul

"Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) 2:2
Qollar: Maksim Medvedev, 4-öz qapısına. İvan Santini, 90+5 - Kadi, 55. Ovusu Kvabena, 98.

"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Baş məşqçi: Franko Foda

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix. "Letsiqrund" stadionu.
İlk oyun - 2:3






Xəbərin oxunma sayı : 1180




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap