Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır” – BATE-nin baş məşqçisi

Tarix 14.08.18, 0:18

Font ölçüsü : - / +
bitmap-img6

“Onlar qol vurmalıdırlar. “Qarabağ” hücumda yaxşı legionerləri olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik”.

“Report”un məlumatına görə, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis evdə keçirəcəkləri qarşılaşma ərəfəsində heyətdəki itkilərdən də söz açıb. O, bildirib ki, Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra cavab qarşılaşmasına hazırlaşmırlar: “Digərləri isə məşq edirlər. Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu, uşaqların oynamasına mane olmayacaq”.

Baş məşqçi Mixail Qordeyçukun da durumuna aydınlıq gətirib. O, 28 yaşlı hücumçuya tam olaraq ümid edə bilmədiklərini gizlətməyib: “Zədə ona məşq etməyə imkan versə də, ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın sağlamlığı ilə risk edə bilmərik. O, hazırlaşır. Oyun saatında durumuna baxacağıq”.

Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belarus təmsilçisi ilk matçda Bakıda qalib gəlib – 1:0.






Xəbərin oxunma sayı : 118




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap