Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ“ Keytanı transfer edir

Tarix 09.02.17, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" norveçli futbolçu Məhəmməd Keytanı transfer edə bilər. "Report"un "Metro" nəşrinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçuya cəlbedici müqavilə təklif olunub.

Əslən qambiyalı forvard bu təklif üzündən ABŞ-ın "Minnesota" klubuna keçməkdən imtina edib. Nəticədə amerikalılar Danimarka "Kopenhagen"indən Başkim Kadrii ilə müqavilə bağlayıb.

Keyta VG qəzetinə açıqlamasında adını açıqlamadığı klubla müqavilə şərtlərini razılaşdırdığını bildirib. Futbolçunun 200 min avroluq müqaviləyə imza atdığı bildirilir. Təcrübəli hücumçunun Polşa "Lex"i ilə iyunun sonlarınadək qüvvədə olan müqaviləsi var. Amma o, ötən ay "Lex"ə qayıtmayacağını açıqlayıb. Bu səbəbdən, klubu tərəfindən rekord məbləğdə cəriməyə məruz qalan Keytaya təklif olunub ki, özünə yeni klub tapsın.

Qeyd edək ki, Məhəmməd Keyta əvvəllər Norveçin U-18, U-21 və U-23 yığmalarının formasını geyinib. O, 2008-ci ildən Norveç "Strömqodset"i, 2014-cü ildə Polşa "Lex"i ilə anlaşıb. Keyta son 3 mövsümü icarə əsasında "Stabek" və "Strömqodset" klublarında keçirib.  



Xəbərin oxunma sayı : 136




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap