Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ” klubunun siyasi şahmat adlandırılması yanlışdır” – XİN-dən açıqlama

Tarix 25.04.17, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “İndependent” qəzetinin 20 aprel tarixində dərc edilmiş “Dağlıq Qarabağ Respublikasında futbol və ümid-unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab məqaləsi çap edilib

Cebhe.info xəbər verir ki, H.Hacıyev sözügedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayıb.

Qeyd olunub ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalistika prinsiplərinə uyğun gəlmir:  “Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. 

Ermənistanın işğalı nəticəsində “Qarabağ” klubu bəlkə də dünyada yeganə futbol klubudur ki, öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin “Qarabağ” futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırması yanlışdır. Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları “Qarabağ” futbol klubunun oyunlarını izləyəcəklər”.    



Xəbərin oxunma sayı : 106




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap