Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ“ mənim evimdir“ - Ansi Aqolli

Tarix 18.01.19, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin "RTSH Sport" telekanalına müsahibə verib.

Qol.az xəbər verir ki,  37 yaşlı müdafiəçi Ağdam klubundakı çıxışından və komandadakı gələcəyindən danışıb.

- Qəlbinizdə "Qarabağ"ın çəkisi nə qədərdir?

- Doqquz mövsümdür "Qarabağ"da oynayıram. Əvvəl  burda  uzun müddət qalacağımı düşünmürdüm. Ancaq düzgünlük, peşəkarlıq, həmçinin azarkeşlərin kluba olan sevgisini nəzərə alsaq, bu illər mənim üçün çox tez və mükəmməl keçdi. Karyeramın 60 faizini "Qarabağ"da keçirdim. Yəni bura mənim evimdir deyə bilərəm. 

- Mövsümün sonu üçün planınız nədir?

- Nələr baş verəcəyini gözləyək. Konkret qərar verməmişəm. İyun ayına qədər müqaviləm var. Bu müddətdə komama kömək etməliyəm. Daha sonra  menecerimlə birgə klub rəhbərliyi ilə  görüşəcəm.

- Ehtiyatda oturmaq sizə çətin deyil?

- Heç bir futbolçu başqasının əvəzləyicisi olmaqla razılaşmaz. Ancaq bunlar futbolun bir hissəsidir və mən də qəbul etməliyəm.

- Milli komandadan yenidən dəvət gözləyirsinizmi?

- Milli komandada öz işimi tamamlamışam. İndi gənclərə yol açmaq lazımdır.

- Sabiq klubunuz "Tirana"ya qayıda bilərsiniz?

- Albaniyada dəfələrlə demişəm ki, "Tirana" mənim komandamdır. Hətta ora qayıtmasam belə, fikrim dəyişmir. Orda həm ölkə çempionu olmuşam, həm də ölkə kubokunu qazanmışam.



Xəbərin oxunma sayı : 250




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap