Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ“ın Çempionlar Liqasında rəqibi məlum oldu

Tarix 19.06.17, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün İsveçrənin Nyon şəhərində 2017-18-ci il mövsümünün Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib

Virtualaz.org xatırladır ki, son Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində turnirə qoşulacaq.

Ağdam təmsilçisinin rəqibi Gürcüstanın "Samtredia" klubu olub. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

İkinci mərhələnin matçları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib ki, onların qismətinə rəqiblərdən ən çətini düşüb: "5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

Q.Qurbanov onu da vurğulayıb ki, hazırda Gürcüstan çempionatının davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələlik tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk”.



Xəbərin oxunma sayı : 106




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap