Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

“Qarabağ”ın ÇL-də rəqibləri hansı komandalar ola bilər? - 3 turnirə 233 komanda qatılacaq

Tarix 23.05.22, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda buraxılır. Novator.az bildirir ki, Çempionlar Liqasında 78, Avropa Liqasında 21, Konfrans Liqasında 134 komanda start götürür.

Çempionlar Liqası

İlkin mərhələyə 4, birinci mərhələyə 29, ikinci mərhələyə 9, üçüncü mərhələyə 8, dördüncü mərhələyə 2, qrup mərhələsinə 26 birbaşa vəsiqə var.

İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”, Andorradan “İnter” ilkin mərhələyə (21-24 iyun) bilet alıb.

Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Polşadan “Lex”, Sloveniyadan “Maribor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Lüksemburqdan “Düdelanj”, Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents” birinci mərhələdə (5-13 iyul) qərar tutub.

İkinci mərhələdən (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, Türkiyədən “Fənərbaxça”, Danimarkadan “Midtülland”, Kiprdən AEK, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos”, İsraildən “Makkabi” (Hayfa) başlayır.

Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Fransadan “Monako”, Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Belçikadan “Union”, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers”, çempionlar yolu ilə Kiprdən “Apollon”, Serbiyadan “Srvena Zvezda” buraxılıb.

Dördüncü mərhələyə (16-24 avqust) Türkiyədən “Trabzonspor”, Danimarkadan “Kopenhagen” düşüb.

İngiltərədən “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”, “Ayntraxt” (Frankfurt), Fransadan PSJ, “Marsel”, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Belçikadan “Brügge”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor” rəqibləri qrup mərhələsində (6 sentyabr-2 noyabr) gözləyir.

“Qarabağ”a birinci mərhələdə “Linfild”, “Zrinski”, “Şaxtyor” (Belarus), “Sutyeska”, “Klaksvik”, “Lex”, “Hibernians” (Malta), “Tobol”, “Şkupi”, RFS, “Dinamo” (Batumi), “Tirana”, “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin iştirakçıları da var: “Vikinqur”, “Levadiya”, “İnter” (Andorra).

İkinci mərhələdə Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa), “Sürix”in, üçüncü mərhələdə “Apollon”un, dördüncü mərhələdə “Kopenhagen”in qismət olması mümkündür.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

Final matçı 2023-cü il iyunun 10-u İstanbulda keçiriləcək.

Avropa Liqası

Birinci mərhələyə (4-11 avqust) 2, ikinci mərhələyə (18-25 avqust) 7, qrup mərhələsinə (8 sentyabr-3 noyabr) 12 birbaşa bilet ayrılıb.

Birinci və ikinci mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Konfrans Liqasına keçəcək.

Azərbaycanın təmsil olunmadığı bu turnir 2023-cü il mayın 31-də final oyunu (Budapeşt) ilə başa çatacaq.

Konfrans Liqası

Birinci mərhələ 7-14 iyula, ikinci mərhələ 21-28 iyula, üçüncü mərhələ 4-11 avqusta, dördüncü mərhələ 18-25 avqusta, qrup mərhələsi 8 sentyabr-3 noyabra təyin olunub. Həm birinci, həm ikinci mərhələyə 60, üçüncü mərhələyə 9, dördüncü mərhələyə 5 birbaşa vəsiqə var.

Final 2023-cü il iyunun 7-nə (Praqa) təyin olunub.

Azərbaycanı Konfrans Liqasında “Neftçi”, “Zirə” və “Qəbələ” komandaları təmsil edəcək. Onlar turnirə ikinci mərhələdən qoşulur. Güclülər səbətində yer alan “Neftçi”yə həmin raundda Kiprdən “Aris”, İsveçdən AİK, “Yurqorden”, İsraildən “Makkabi” (Netanya), Bolqarıstandan “Levski”, Ruminiyadan “Sepsi”, Macarıstandan “Kişvarda”, “Puşkaş Akademiya”, Polşadan “Rakov”, Qazaxıstandan “Qızıljar”, Sloveniyadan “Koper”, Belarusdan “Qomel”, Bosniyadan “Velej”, Latviyadan “ Valmeyras”, İrlandiyadan “Sent-Patriks Atletik”, Şimali Makedoniyadan “Makedoniya” rəqib ola bilər.

Zəiflər səbətinə salınmış “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri sırasında İsveçrədən “Bazel”, “Yanq Boyz”, Çexiyadan “Slaviya”, “Sparta”, Yunanıstandan PAOK, “Aris”, Türkiyədən “Başakşəhər”, İsraildən “Makkabi” (Tel-Əviv), “Hapoel” (Beer-Şeva), Qazaxıstandan “Astana”, “Kayrat”, Norveçdən “Molde”, Kiprdən APOEL, Rumıniyadan “Styaua”, Belarusdan BATE, Belçikadan “Antverpen”, Macarıstandan “Fehervar”, Portuqaliyadan “Gimarayeş”, Bolqarıstandan SSKA, Litvadan “Suduva”, Slovakiyadan “Spartak”, Xorvatiyadan “Osiyek”, Şotlandiyadan “Motervell”, Serbiyadan “Çukariçki”, Lixtenşteyndən “Vaduts”, Ukraynadan “Vorskla” var.



Xəbərin oxunma sayı : 907

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap