Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ“ transfer bombasını partlatdı: Türk ulduz gəlir

Tarix 02.02.20, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddətdir adı "Qarabağ”la çəkilən Alper Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edilib.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet” nəşri məlumat yayıb. Məlimata görə, Ağdam klubu bir müddətdi oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında "Qarabağ”da çıxış edəcəyi bildirilir.

Türkiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi "Rizəspor” istəsə də, Potuk karyerasını "Qarabağ”da davam etdirmək istəyib. "Fənərbaxça”da illik 1,2 milyon avro qazanan Alperə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq "Köhlən atlar”ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar "Fənərbaxça” tərəfindən qarşılanacaq.

Xəbərdə qeyd edilib ki, "Qarabağ” eyni zamanda  oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.

Qeyd edək ki, Alper Potuk karyerasına "Eskişəhərspor"da başlayıb. O, 2013-cü ilin yayında 7,25 milyon avroya "Fənərbaxça"ya transfer olunub. 2014-cü ildə Super Liqanın və Türkiyə Super Kubokunun qalibi olan futbolçu cari mövsümdə 8 rəsmi oyuna çıxaraq 372 dəqiqə oynayıb. Alper Potuk 2021-ci ildən dəvət aldığı Türkiyə millisinin heyətində 17 oyuna çıxaraq 1 qol vurub.



Xəbərin oxunma sayı : 193




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap