Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qarabağ“a gəldiyim üçün fəxr edirəm“ – Araz Abdullayev

Tarix 11.09.18, 1:44

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdır. Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacağam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Araz Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. Ağdam təmsilçisinin transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan 2 illik icarə əsasında heyətinə qatdığı yarımmüdafiəçi keçidiylə bağlı fikirlərini bölüşüb:

“Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, ancaq komanda şəklində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram”.

Abdullayev “9” nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəyəm”.

Araz sonda azarkeşlərə də səslənib: “Qarabağ”ın azarkeş ordusu çoxdur, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, öz oyunumla onları da sevindirməyə çalışacağam. Bizi sona qədər dəstəkləsinlər”.



Xəbərin oxunma sayı : 430




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap