Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır...“ - Vüqar Rəhimzadə

Tarix 18.01.21, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


“İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə öz tarixi sahibinə qayıdan ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir. Bugünlərdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı. Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Belə ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli aeroportu ilə əlaqələndiriləcək və bu magistraldan İsa bulağına yeni yol çəkiləcək. Qarabağın döyünən ürəyi kimi dəyərləndirilən Şuşanın əvvəlki gözəlliyi daha da yeniləşdirilmiş şəkildə özünə qaytarılacaq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu il Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur: “Artıq ölkə vətəndaşları, həmçinin xarici qonaqlar, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ biləcəklər. Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılması ilə bağlı tapşırıqlar verilib. Bu isə öz növbəsində dünyanın istənilən guşəsindən Şuşaya rahat gedişi təmin edəcək. Dövlətimizin başçısı İlham Əliyevin Şuşaya doğru yolunu davam etdirərkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur.”

“Ümumiyyətlə, Qarabağın yeni yaradılacaq avtomobil, hava və dəmiryol infrastrukturu bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq” söyləyən baş redaktor bildirib ki, hər hansı bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi çox böyük əhəmiyyət kəsb edir: «Son 17 ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas məqsəd kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin yol infrastrukturunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atdığı addımların müsbət nəticəsidir ki, Azərbaycan bu sahədə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə ilk olaraq müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması xüsusi önəm daşıyır. Bölgədə Füzuli Beynəlxalq Hava Limanından başqa, daha bir beynəlxalq hava limanının inşası da nəzərdə tutulub ki, bu da ya Kəlbəcər, ya da Laçın rayonlarının ərazisində olacaq. Bu ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi Azərbaycanın reytinq cədvəlində yerinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Bir sözlə, Azərbaycanın imkanlarını genişləndirmək və ölkəmizin inkişaf dinamikasını artırmaq üçün bütün bu işlərin daha fəal, məqsədyönlü şəkildə aparılması nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan İşçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Bu işlərin reallaşdırılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub.”

Baş redaktor vurğulayıb ki, bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması da olduqca əhəmiyyətlidir: “Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət-özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Bu bölgəyə həyat qayıtdıqdan sonra turizm sektoru da inkişaf edəcək. Pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgiləri bir daha Qarabağ bölgəsinin turizm potensialının təqdimatına öz töhfəsini verəcək. Qarabağ potensial imkanları ilə Azərbaycanın iqtisadi inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək. İqtisadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək, Azərbaycan həmişə olduğu kimi, gələcəkdə də ortaya çıxan hər bir çətinliyi iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində aradan qaldıracaq.» 



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap