Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağda 30 illik bir geçikmə ilə də olsa, ədalət öz yerini tapdı“ - Ərdoğan

Tarix 14.06.21, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamalar verib.

"TRT Haber”in məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.

Türkiyə prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa ədalətin öz yerini tapdığını qeyd edib.

"Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yenidən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı”, - deyə Ərdoğan bəyan edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Baydenlə görüşü zamanı qondarma erməni soyqırımı barədə müzakirələrin aparılmadığını qeyd edərək "Vallah, heç gündəmə gəlmədi”, -deyə bildirib.

Sonda mətbuat nümayənlərinə təşəkkür edən Ərdoğan "Buradan Azərbaycana bir səfər var”, - deyə çıxışını bitirib.  





Xəbərin oxunma sayı : 796




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap