Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Qaraja daxil olmağa hazırlaşanda...“ - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlama

Tarix 29.03.23, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili Fazil Mustafa dünən ona qarşı baş verən hücumun detalları ilə bağlı ilk açıqlama verib.

AzFakt.com xəbər verir ki, “haqqın.az”-a danışan millət vəkili hadisənin gözlənilmədən baş verdiyini və möcüzə nəticəsində sağ qaldığını bildirib:

“Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i sındı. Çiynimdə dəhşətli ağrı hiss etdim. Ağrılardan sonra atəş açıldığını anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Atışma səsinə evdəkilər çıxdılar. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, qapını bağlayaraq təcili yardıma və hüquq-mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Ardını xatırlamıram. Özüm də necə xilas olduğumu anlamıram. Allah saxladı, möcüzə baş verdi...”



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap