Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qazprom”la qaz müqaviləsi birgə əməkdaşlığın tərkib hissəsidir - SOCAR

Tarix 19.11.22, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR və Rusiyanın “Qazprom” şirkəti arasındakı qaz alqı-satqısı müqaviləsi tərəflər arasında birgə əməkdaşlığın tərkib hissəsidir.

Bu barədə “APA-Economics”in “Qazprom”un Azərbaycana yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində qaz tədarükünün başlanılması ilə bağlı sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

“SOCAR və “Qazprom” şirkətləri son 10 ildə qaz tədarükü, həmçinin qaz-kimya müəssisələrində qazdan istifadə sahəsində müntəzəm olaraq əməkdaşlıq edir. Bu xüsusda hər iki şirkət qaz axınlarının qarşılıqlı mübadiləsinin təşkili ilə öz infrastrukturlarını optimallaşdırmağa çalışır. Sözügedən müqavilə də birgə əməkdaşlığın tərkib hissəsidir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, “Qazprom”un yaydığı məlumata əsasən, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" və SOCAR arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.



Xəbərin oxunma sayı : 808




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap