|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Qəbələ”nin dağılması bağışlanılmaz olar” – Qurban Qurbanov
Tarix 04.12.19, 18:33 |
|
“Qəbələ” özünün ən ağır dövrünü keçirir. İki dəfə ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən, yaratdığı Futbol Akademiyası ilə Azərbaycana xeyli istedadlı oyunçu bəxş etmiş bu klub maddi problemlər səbəbindən dağılmaq təhlükəsi qarşısında qalıb.
Buna səbəb isə yarandığı ilk gündən “Qəbələ”yə sponsorluq etmiş “Gilan Holdinq”in 2020-ci ilin yanvar ayının 1-dən himayədarlığını dayandıracağını elan etməsidir. Bu o deməkdir ki, faktiki olaraq, gələn aydan başlayaraq, klub sponsorsuz qalır və komandanın xərclərinin necə ödəniləcəyi, o cümlədən futbolçuların maaşlarını necə verəcəyi sual altına düşür.
REKLAM
subaru.az
Daha ətraflı
Yaranmış durumla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, bu məsələ qurumun İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. İndiki durumda futbol ictimaiyyətinin də ümidi yalnız onadır ki, gələcəkdə “Qəbələ”yə sponsor tapılacağı günə qədər kluba yalnız AFFA kömək edə bilər.
Qol.az saytı “Qəbələ” klubu ilə bağlı problemin ciddiliyini nəzərə alaraq, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və Qurban Qurbanova, Milli Məclisin deputatı Aqil Abbasa, eləcə də bu klubun yetirməsi olmuş, milli komandamızın üzvü Bəhlul Mustafazadəyə müraciət edib.
Vaqif Sadıqov: “Azərbaycan futbolu “Qəbələ”ni tək qoymamalıdır”
İcraiyyə Komitəsi üzvü Vaqif Sadıqov deyir ki, “Qəbələ” Azərbaycan futbolunun inkişafında böyük xidməti olan klublardandır: “Hazırda Azərbaycanın bütün yaş qrupu üzrə milli komandalarında “Qəbələ”nin 6-7 futbolçusu oynayır. “Qəbələ”ni həmişə Azərbaycan futbolu maraqlandırıb. Bu gün isə Azərbaycan futbolu “Qəbələ”ni tək qoymamalıdır”.
Vaqif Sadıqov deyir ki, bu il “Qəbələ”nin Premyer Liqada iddialı olmamasının belə çempionata təsiri var: “Futbolda zəncirvari bağlılıq var. Aşağıdan- kütləvi futboldan, uşaq futbolundan başlayaraq birinci divizion, milli çempionat, zirvədə olan milli komandalar - bunlar bir-birinə bağlı olan məsələdir. Hardasa bir boşluq olanda istər-istəməz sonluq milli komandaya toxunur. Nəticədə milli komandada istənilən səviyyədə futbolçuların sayı da azalır, istər-istəməz nəticə baxımından da uğurlu olmur”.
V.Sadıqov bildirir ki, AFFA İcraiyyə Komitəsinin gözlənilən iclasında irəli sürülən təklif klub üçün faydalı olmalıdır: “Bu təkliflər “Qəbələ”ni yaşatmaq və Azərbaycan futboluna bu cür keyfiyyətli xidmət göstərmək üçün yönəlməlidir”.
Qurban Qurbanov: "Qəbələ" ilə bağlı vəziyyət bütün Azərbaycan futbolunu narahat edir"
AFFA İcraiyyə Komitəsinin digər üzvü Qurban Qurbanov Qol.az saytına açıqlamasında bununla bağlı deyib: “Düzü, mənim bu klubun içində olan söhbətlərdən xəbərim yoxdur. Sadəcə saytlarda çıxan yazılarda oxuyuram ki, klubun büdcəsi çox zəifləyib. Görünən odur ki, keçən ildən bu yana komandadan xeyli sayda futbolçular gedib. Çox səviyyəli legionerləri var idi. Görünür, komanda əvvəlki illərdəki kimi qarşısına məqsəd qoymur. Amma “Qəbələ”nin yanvar ayında dağılacağına inanmıram. Klub dağılsa, bu, əlbəttə Azərbaycan futboluna böyük zərbə olacaq. Buna imkan verməmək lazımdır. Hər bir halda rəhbərliklə görüşüb müzakirələr aparılsa, daha yaxşı olar. Ondan sonra daha ətraflı fikir bildirmək mümkündür”.
Qurban Qurbanov deyib ki, klubun bu vəziyyəti düşməsi bütün Azərbaycan futbolunu narahat edir: “Qəbələ” həqiqətən infrastrukturu ən yaxşı olan klublardan biridir. Hazırda uşaq futboluna böyük yer ayırır. Bölgələrdə belə bir klubun olması Azərbaycan futboluna çox böyük kömək idi. Bütün klublarda “Qəbələ”nin yetirmələri var. Qonşu rayon və şəhərlərdə çoxsaylı futbolçu axtarışında olurlar, nə qədər futbolçuları gətirib öz akademiyalarında yerləşdirirlər. Belə bir klubun dağılması bağışlanılacaq bir şey deyil. Hər bir halda klubun indiki durumunu araşdırmaq lazımdır. Düşünürəm ki, ola bilər, müvəqqəti çətinlikdir”.
Müxbirimizin “Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, klubun taleyi ilə bağlı AFFA İcraiyyə Komitəsində müzakirə aparılacaq. Komitənin üzvü kimi sizin yaranmış vəziyyətlə bağlı hər hansı fikriniz, təklifiniz olacaqmı?” sualına Q.Qurbanov belə cavab verib:
“İcraiyyə Komitəsində bu məsələnin hansı formada müzakirə olunacağını bilmirəm. Həmişə bildirmişəm ki, komandaların sayını artırmaq lazımdır. Çempionatla bağlı nə vaxt müzakirələr olunubsa, orada həmişə komandaların sayının artırılmasının tərəfdarı olmuşam. “Qəbələ” ilə bağlı problemlə əlaqədar iclasda, yerindəcə fikir bildirmək bizim üçün daha asan olacaq. İstənilən halda “Qəbələ”nin dağılmasına imkan vermək olmaz. Stadionları, bazası, akademiyası çox yaxşıdır. Azərbaycanda belə bir infrastruktura malik olan klub yoxdur”.
Aqil Abbas: “AFFA Bakı klublarına pul ayırdığı kimi “Qəbələ”nin də qolundan tutmalıdır”
Millət vəkili Aqil Abbas bildirir ki, hazırkı durumda AFFA kluba maliyyə dəstəyi göstərməlidir: “Necə ki, paytaxtdakı bəzi klublara dəstək verilir, AFFA “Qəbələ”yə də bu çətin vəziyyətdə əl uzatmalıdır. Ən azı ona görə, bu klubun dağılması Azərbaycan çempionatının yox olması demək olacaq. Birincisi, “Qəbələ”də olan infrastruktur Azərbaycanın heç bir komandasında yoxdur - nə “Qarabağ”da, nə də “Neftçi”də. Akademiyası da işləyir. Hazırda ölkədə oynayan futbolçuların çoxu “Qəbələ” akademiyasını yetişdirmələridir. Gənclər də inkişaf edir və çox gözəl oynayırlar. Komanda da özünü toparlayır. Əsas məsələ nədir? Əsas məsələ“Qəbələ”nin maddi məsələsidir. Prezidenti dəyişib, amma bu demək deyil ki, klubdan təmiz əllərini çəkiblər. “Qəbələ”yə təxminən büdcədən 1 milyon ayrılıb. Yaxşı olardı ki, AFFA Bakı klublarına pul ayırdığı kimi belə çətin anlarda “Qəbələ”nin də qolundan tutsun. AFFA komandanın özünü və oyunçuları saxlaya bilməsi üçün “Qəbələ”yə müəyyən qədər pul ayırmalıdır”.
Millət vəkili bildirir ki, hazırda Azərbaycan Premyer Liqasında iştirak edən bu bölgə klubunun dağılmasına imkan vermək olmaz.
Bəhlul Mustafadazə: “Qəbələ” haqda xəbərləri oxuyuram və çox pis oluram”
Hazırda “Sabah” klubunda çıxış edən millimizin müdafiəçisi, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Bəhlul Mustafazadə də yaranmış durumdan narahatdır:
“Qəbələ” mənim həm futbolçu, həm də şəxsiyyət kimi formalaşdığım yerdir. Futbolçu həyatımda çox böyük rolu var. Orada çox inkişaf etmişəm. 13-14 yaşımızda bizi İngiltərəyə, Braziliyaya aparırdılar. Düşünürəm ki, bunu indiyə qədər Azərbaycanda heç bir klub etməyib. Klub çox böyük əziyyət çəkib. Təkcə mən deyil, hazırda “Qəbələ”nin bir çox yetirməsi Premyer Liqada çıxış edən klublarda oynayır. Komandanın mövcud vəziyyəti barədə xəbərləri oxuyuram və çox pis oluram. Ümid edirəm ki, komanda yenidən sponsor tapacaq. “Qəbələ” dağıla bilməz”.
B.Mustafazadə deyir ki, “Qəbələ” dağılarsa, bu, bütün Azərbaycan futbolu üçün böyük bir itki olacaq: “Düşünürəm ki, “Qəbələ” indiyə qədər Azərbaycanda uşaq futbolu üçün ən çox əziyyət çəkən klubdur. Dağılmasını istəmərəm. Düşünürəm ki, sponsor olduğu halda klub ayaqda qalacaq. Əsas olan maddiyyatdır. Çünki klubu idarə edən şəxslər futbolu yaxşı bilən adamlardır. Onların “Qəbələ”ni ayaqda saxlayacağına əminəm”.
Elxan Məmmədov: "Qəbələdəki infrastrukturu itirmək olmaz"
Bu günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib ki, “Qəbələ”nin durumu AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq: “Biz istərdik ki, qəbələli iş adamları kluba dayaq olsunlar. “Qəbələ”nin futbol akademiyası, əla infrastrukturu var. Oradan üzə çıxanlardan biri elə millinin son oyunlarında əsas heyət üzvünə çevrilən Bəhlul Mustafazadədir. Eləcə də digər klublarda çıxış edən “Qəbələ”nin yetirmələrinin adlarını çəkmək olar. İstəməzdik ki, “Qəbələ” klubu fəaliyyətini dayandırsın. Ümid edirəm ki, belə problem olmayacaq. Ordakı infrastrukturu itirmək olmaz. “Qəbələ”nin 6 təbii, 2 süni meydançası var. Klub strukturu peşəkar səviyyədə fəaliyyət göstərir”.
Xəbərin oxunma sayı : 448
İdman
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV