Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qəbələ”yə yeni prezident təyin olundu –Tale Heydərovdan dəyişikliyə reaksiya

Tarix 18.04.19, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Tale Heydərovun “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.

AzFakt.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bildirib: “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”.

Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: “Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Bilirəm ki, onlar daha da irəli gedəcəklər”.



Xəbərin oxunma sayı : 697




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap