Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Qələbə bizə müsbət təsir göstərəcək”

Tarix 18.09.17, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Mənim üçün komandamın qələbə qazanması əsas idi. Biz də bu missiyanın öhdəsindən gəldik

AzFakt.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Lorentso Pelleqrini deyib.

Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan paytaxt klubu İtaliya çempionatının IV turunda "Verona"nı üstələyib - 3:0.
 
Bu görüş haqda fikirlərini bildirən 21 yaşlı yarımmüdafiəçi qələbənin növbəti görüşlər öncəsi onlara müsbət təsir göstərəcəyini deyib: "Evdə oynadığımızdan, meydana 3 xal üçün çıxmışdıq. Bizim üçün vacib matç idi. Çempionlar Liqasının qrupunda keçirdiyimiz ilk qarşılaşmada heç-heçə ilə kifayətlənməli olmuşduq. Razıyam, "Atletiko" ilə görüşdəki 1 xal da bizim üçün yaxşı nəticə idi. Çünki güclü komandaya qarşı oynamışdıq. Bununla belə, azarkeşlərimizi sevindirmək və növbəti oyunlar öncəsi qələbə qazanmaq önəmli idi".
 
İtaliya millisinin üzvü qarşıdakı matçlara da qalibiyyət üçün çıxacaqlarını qeyd edib: "Qələbə bizə müsbət təsir göstərəcək. Komandada hər şey qaydasındadı. Sadəcə, futbolçuların bir-birlərinə tam uyğunlaşması üçün vaxta ehtiyac var. Artıq oyunumuzda müsbət dəyişikliklər hiss olunur. Hamı baş məşqçinin etimadını doğrultmağa, özünü yaxşı tərəfdən göstərməyə çalışır".
 
Qeyd edək ki, "Roma" Çempionlar Liqasında ikinci görüşünü "Qarabağ"a qarşı keçirəcək. Matç sentyabrın 27-də Bakıda baş tutacaq.



Xəbərin oxunma sayı : 109




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap