Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qələbənin üstünə kölgə salmaq istəyənlər var” – Qüdrət Həsənquliyev

Tarix 21.10.21, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


“YAP-da aparılan islahatlardan sonra partiyanın canlanması digər siyasi partiyaların da aktivləşməsinə gətirib çıxaracaq”.

Bunu BAXCP sədri Qüdrət Həsənquliyev Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

BAXCP sədri bildirib ki, xalqımız çox böyük qələbəyə imza atıb: “Bu qələbənin üstünə kölgə salmaq istəyənlər var. Azərbaycana qarşı bu gün informasiya savaşı gedir. Bizim də borcumuz bu savaşda öz sözümüzü deməkdir. Əslində, bu savaşı Qərbdəki ermənipərəst qüvvələr başladıb, Azərbaycanda isə bu savaşa qoşulanlar onların piyadalarıdır”.

Q. Həsənquliyev Azərbaycanın qələbə qazanmasında Rusiya-Ermənistanın münasibətlərinin gərgin olmasının da rol oynadığını vurğulayıb.

Xalqa reallıq hissini təlqin etməyin vacibliyini vurğulayan BAXCP sədri müharibə vaxtı Xankəndi şəhərinin niyə azad edilmədiyi barədə deyilənlərə də münasibət bildirib: “Bəziləri deyir, çatmışdıq Xankəndiyə, niyə götürmədik? Amma deyən yoxdur ki, Xankəndini götürsəydik, böyük güclərin buna reaksiyası necə olacaqdı? Birinci Qarabağ müharibəsində biz bunun acı nəticələrini görmüşdük. Xalqı reallıq hissindən uzaqlaşdırmaq olmaz”.



Xəbərin oxunma sayı : 916




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap