Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qələbənin qazanıldığı torpaqlara gedəcəyik“ - Ərdoğan

Tarix 13.06.21, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Brüsselə yola düşüb.

“Haber Global”ın məlumatın görə, təyyarəyə minməzdən öncə dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

R.T.Ərdoğan Türkiyə - Azərbaycan münasibətləri, həmçinin Qarabağ zəfərinə də toxunub.

“NATO sammiti sonrası qardaşım İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərimi həyata keçirəcəyəm. Türkiyə - Azərbaycan qardaşlığı bölgəmizdə sülh, rifah və inkişafın təminatıdır.

Azərbaycan Qarabağda tarixi bir zəfərə imza ataraq 30 illik işğala son qoyub. Qarabağ zəfəri regionda qalıcı sülhün qapısını aralayıb.

10 dekabrda Bakıda təşkil olunan Zəfər Paradını izləmişdim. Bu dəfə isə qardaşım İlham Əliyevlə birlikdə Şuşaya, qələbənin qazanıldığı torpaqlara gedəcəyik. İyunun 16-da milli futbol komandamızın Uelslə oynayacağı matçı da Əliyevlə birlikdə izləyəcəyik”, - deyə Türkiyə prezidenti bəyan edib.



Xəbərin oxunma sayı : 1261




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap