Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qərb düşməni“nin milyonluq mülkləri Qərbdə üzə çıxdı - Aleksey Navalnıdan növbəti ifşa videosu

Tarix 23.01.19, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Putin hakimiyyətinin qara təbliğatçısının İtaliyada milyonluq mülkləri aşkar olunub

Rusiya müxalifətinin lideri, “Korrupsiya ilə mübarizə fondu” təşkilatının rəhbəri, Rusya dövlət adamlarının və Kremlə yaxın şəxslərin qeyri-qanuni əməllərini və maliyyə maxinasiyalarını üzə çıxarmaqla tanınan Aleksey Navalnı növbəti ifşa videosunu yayımlayıb.

Bu dəfə onun hədəfinə Putin hakimiyyətinin qara təbliğatçılarından, tanınmış teleaparıcı Vladimir Solovyov tuş gəlib.

Daima öz verilişlərində Qərbi, onun demokratiyasını və dəyərlərini tənqid etməklə məşğul olan V. Solovyovun milyonluq mülklərini və pullarını elə Qərbin özündəcə saxladığı məlum olub.

Alaksey Navalnı Vladimir Solovyovun İtaliyada bir deyil, hətta iki villası olduğunu bildirib.

A.Navalnının məlumatına görə, villa İtaliyanın Komo gölü yaxınlığına, birinci villasından 11 kilometr atarılda yerləşir. Malikanə 37 sot ərazidə yelrəşir və əsas və qonaq evindən ibarətdir. Əsas evin özü eyvan və veranda istisna olmaqla 300 kvadratmetrdən çoxdur. Alqı-satqı müqaviləsinə görə, burada 14 zal, o cümlədən 5 yataq və vanna otaqları var.

A.Navalnının əldə etdiyi sənədə görə, Solovyov yeni  mülkünü 1 mlyon 21 min avroya əldə edib.

Bundan başqa, Putinpərəst jurnalist özünə olduqca bahalı “Maybaks” avtomobili də alıb.

Videonun gedişində şərh verən Aleksey Navalnı Solovyovu oğru, dələduz, riyakar və yalançı adlandırıb. O, Solovyovun bütün bunlara dövlətin pulları ilə malik olduğunu söyləyib.

Vladimir Solovyov isə Navalnın iddialarına “The İnsider” saytında cavab verib. O, dövlət qulluqçusu olmadığını bildirərək pulları özünün qazandığını iddia edib.

Xatırladaq ki, Aleskey Navalnı hələ 2017-ci ilin sentaybr ayında Solovyovun İtaliyada ümumi dəyəri 9 milyon avro olan villa aldığını ortaya çıxarmışdı. Üstəlik, jurnalistin İtaliyada yaşamaq hüququ qazandığı məlum olub.

Vladimir Solovyov isə daima Qərb liderlərini, onların demokratik rejimlərini tənqid, Putinin əleyhinə olan müxalifətçiləri təhqir etməsi ilə ad qazanıb. “Rossiya 1” kanalının təşkil etdiyi tok-şoularda isə adətən əsas mövzu Ukrayna olur. Burada Ukrayna dövləti və urkaynalılar ağır həqarətlərə məruz qoyulur, iki qardaş xalq arasında düşmənçilik dərinləşdirilir.

Musavat.com



Xəbərin oxunma sayı : 304




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap