Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qeyri-iş günlərində 30-a yaxın bank gücləndirilmiş rejimində çalışacaq”

Tarix 14.03.17, 20:20

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir"

Bu barədə Palatadan  verilən məlumata görə, Palatanın tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

"Novruz bayramı ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxanalara paylanılacaq. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinatorlar:

Azər Quluyev: [email protected]

Rövşən Məmmədli; [email protected]

Tel: 493-50- 58 (dax:300);

18-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış  olmaq olar".



Xəbərin oxunma sayı : 103




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap