Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Qrenlandiya biznes üçün açıqdır, satış üçün yox” – XİN rəhbərindən açıqlama

Tarix 16.08.19, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


Qrenlandiya ABŞ prezidenti Donald Trampın müşavirləri ilə dünyanın ən böyük adasının alınması məsələsini özəl şəkildə müzakirə etdiyinə dair xəbərlərdən sonra ərazinin satıla bilməsi fikrini rədd edib.

“Biz biznes üçün açığıq, satış üçün deyil” –deyə, Qrenlandiyanın xarici işlər naziri Ane Lone Bagger Reuters xəbər agentliyinə bildirib.

Tramp sentyabr ayında Kopenhagenə səfər etməlidir və Danimarkanın və ölkənin muxtar ərazisi olan Qrenlandiyanın baş nazirləri ilə danışıqlarda Arktika mövusunun yer alacağı gözlənilir.

Qrenlandiyanın alınması ilə bağlı ilk xəbər Wall Stree Journal qəzetində verilib. Vəziyyətlə tanış iki mənbənin Reyters agentliyinə bildirdiyinə görə, məsələ bəzi müşavirlər tərəfindən zarafat kimi qəbul edilsə də, Ağ Evin bəzi başqa müşavirləri buna ciddi yanaşıb.

Danimarka siyasətçiləri isə bu fikri lağa qoyublar.

“Bu, 1 aprel zarafatı olmalıdır. Mövsümə heç uyğun deyil” –deyə, keçmiş baş nazir Lars Lokke Rasmussen Twitter səhifəsindəki mesajında yazıb.

“Danimarkanın 50 min vətəndaşını Birləşmiş Ştatlara satması fikri tamamilə gülüncdür” – deyə, Danimarka Xalq Partiyasının xarici əlaqələr üzrə sözçüsü Soren Espersen bildirib.

Danimarkanın özünü idarə edən muxtar ərazisi olan Qrenlandiya Atlantik və Şimal Buzlu okeanlar arasında yerləşir. Adanın iqtisadiyyatı Danimarka iqtisadiyyatdan asılıdır. Qrenlandiya öz daxili siyasətini idarə edir, Kopenhagen isə müdafiə və xarici siyasət məsələləri ilə məşğul olur. (amerikaninsesi.org)




Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap