Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İqtisadçı-alimdən mühüm təkliflər - Ermənistanın bizə vurduğu zərəri belə hesablayaq

Tarix 07.11.20, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


"Ordumuz zəfər yürüşünü davam etdirib, qarşısındakı hədəflərə sistemli və ardıcıl olaraq çatdığı dövrdə biz də paralel olaraq təhlükəsizlik, bərpa və itkilərin qiymətləndirilməsi sahəsində müzakirələrimizi davam etdirməliyik. Bu baxımdan prezident İlham Əliyevin dünən imzaladığı "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nı təqdir edirəm".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu bildirib.
O, Sərəncamla bağlı bır sıra qeydlərini də diqqətə çatdırıb: " İnanıram ki, mənim təkliflərim dövlətimizin maraqları çərçivəsində səmimi qiymətləndiriləcək. Çünki söhbət milli maraqlardan və dövlət mənafeyindən gedir.
Əvvala, hesab edirəm ki, bu sərəncam bütövlükdə erməni təcavüzü nəticəsində dəymiş bütün növ ziyanların qiymətləndirilməsini əhatə etməlidir. Halbuki, sərəncamda yalnız sentyabrın 27-dən sonra dəymiş zərərin müəyyənləşdirilməsindən söhbət gedir.

İkincisi, sərəncamda sadalanan dəymiş ziyanın subyektlərinə ətraf mühitə və təbii sərvətlərə, tarixi və memarlıq abidələrinə, yalnız maddi əsasda deyil, həm də məhrumiyyətlər nəticəsində əhaliyə, dövlət büdcəsinə (sosial və hərbi xərclər üzrə) dəymiş zərərlər , eləcə də vaxt amili nəzərə alınmaqla əhalinin, biznesin və iqtisadiyyatın itirilmiş imkanları da daxil edilməlidir. Sərəncamda yalnız mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanlardan söhbət gedir.

Üçüncüsü, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının tərkibində Mədəniyyət nazirliyi (tarixi və memarlıq abidələrinə görə), Ekologiya və təbii sərvətlər nazirliyi (ətraf mühitə və təbii sərvətlərə görə), Kənd Təsərrüfatı Nazirliyi (aqrar sektorda itirilmiş imkanlara görə) də təmsil olunmalıdır.

Dördüncüsü, dəymiş ziyanın hesablanmasının elmi və konseptual bazasının və tərəfsizliyinin təminatı üçün Dövlət Komissiyası elmi -tədqitaq institutları (Məsələn, UNEC-in İqtisadi Tədqiqatlar İnstitutu), eləcə də beynəlxalq və yerli qiymətləndirici şirkətlərlə işləməlidir. Çünki, bu hesablamalar gələcəkdə məhkəmə iddialarının qaldırılması üçün də vacibdir. O zaman bu işin müstəqil qiymətləndiricilər tərəfindən aparıldığını göstərməklə kompensasiya iddiası daha inandırıcı görsənə bilər. Şəxsən mən öz tərəfimdən İqtisadi Tədqiqatlar Mərkəzi adından bu işə töhfə verməyə hazır olduğumu bəyan edirəm.
Yeri gəlmişkən qeyd edim ki, dəymiş zərərin kompensasiyasının ödənilməsi üçün beynəxlaq təcrübədə örnəklər də vardır. Onlardan birini təqdim edirəm.

1990-cı ildə Küveytin İraq tərəfindən işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən xüsusi Kompensasiya Komissiyası yaradılıb. Həmin Komissiya 12 illik fəaliyyəti dövründə 352,5 mlrd dollar həcmində 2,7 milyon iddiaya baxmış, $52.4 mlrd dollar məbləğində 1,5 milyon iddianı təsdiq etmişdir. Təsdiq edilmiş iddialar üzrə 47.8 mlrd. dollar vəsaitin ödənilməsi təmin edilmişdir.

BMT İnkişaf Proqramının 2000-ci il üzrə hesabatında göstərilir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 54,5 milyard dollar qiymətləndirilib. Təbii ki, bu məbləğ mövcud gerçəkliyi əks etdirmir, təkrar qiymətləndirmə ehtiyacı yaranıb. Odur ki, hesab edirəm ki, Prezidentin yaratdığı Komissiya BMT-nin İnkişaf Proqramı ilə sıx əlaqədə işləməlidir".



Xəbərin oxunma sayı : 391




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap