Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN

Tarix 08.07.24, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev “Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzalayıb.

AzFakt.com xəbər verir ki, Fərmana əsasən, Azərbaycan İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığından və İsveçrə Konfederasiyasından daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

İqtisadiyyat Nazirliyi:

- Fərmanda nəzərdə tutulmuş ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç Krallığına və İsveçrə Konfederasiyasına müvafiq bildiriş göndərməlidir.



Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap