Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Quli“nin bacısı oğlu Türkiyədə vuruldu - Kriminalların savaşı pik həddə çatıb

Tarix 02.02.20, 20:33

Font ölçüsü : - / +
bitmap-img6


Gürcü əsilli “qanuni oğru” Quram Çixladze (“Kvejoviç”) Türkiyədə saxlanılıb. 

Bu barədə “Praym Kraym” agentliyi məlumat yayıb. Çixladze yanvarın 31-də Türkiyə polisinin əlinə keçib. 

Quram Çixladze azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Quli”) insidentdən sonra gündəmə gəlib. Ötən ilin avqustunda İstanbulda otellərin birində Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışıb. Bu zaman “Quli”nin yanında olan qazax əsilli kriminal avtoritet 

Arman Cumagəldiyev (“Arman Dikiy”) onu yumruqla vurub. Nadir Səlifovun getdikcə oğru dünyasının bir nömrəli personasına çevrilməsini həzm etməyə bir qrup kriminalitet bu faktdan “Quli”yə qarşı istifadə etməyə cəhd göstərib. Lakin Nadir Səlifov  kriminal aləmin ali statusundan məhrum etmək mümkün olmayıb. Bundan sonra Quram Çixladze və tərəfdarları İstanbuldakı restoranların birində dostları ilə birgə əylənən Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavskiy”) ona hücum ediblər. Nəticədə “Maqa Rustavski” bir neçə bıçaq zərbəsi alıb. O, təcili xəstəxanaya çatdırılıb. Bu hadisə “Kvejoviç”i Türkiyə polisinin hədəfinə gətirmiş və o axtarışa verilmişdi. 

Maraqlıdır ki, Quram Çixladzenin saxlanılması ilə Türkiyəyə gələn 16 nəfərlik kriminal dəstənin ələ keçməsi eyni günə təsadüf edir. Həmin dəstəyə ukraynalı Anri Malyi adlı şəxs rəhbərlik edib. Bir rus, dörd gürcü, üç ukraynalı və səkkiz  azərbaycanlıdan ibarət olan dəstə “Quli”yə sui-qəsd üçün Türkiyə gəlibmiş/Yenisabah.az



Xəbərin oxunma sayı : 739




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap