Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ər-Riyada gedən Qabon prezidenti yoxa çıxıb – Prezident xəstədir, yoxsa…?

Tarix 19.11.18, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Afrika ölkəsi olan Qabonun prezidenti bir aya yaxındır yoxa çıxıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanında keçirilən toplantıya qatılmaq üçün ölkəsindən ayrılaraq Ər-Riyada gələn Qabonun prezidenti Ali Banqodan o gündən xəbər alına bilmir.

Onun həmin səfərdən dönüb-dönməməsi haqda rəsmi xəbər yoxdur.

Məlumata görə, bir aya yaxındır görünməyən Ali Bonqonun taleyindən narahatlıq duyan Afrika Birliyi rəsmiləri hərəkətə keçib.

Birliyin yaydığı məlumata görə, Ali Banqonun taleyindən ciddi narahatdırlar: “Buna görə, Afrika Birliyi Qabona heyət göndərib, prezidentlə bağlı yayılan xəbəri dəqiqləşdirməyə çalışacaq”.

Məlumatda o da qeyd olunur ki, Afrika Birliyinin narahatlığından sonra Qabon hökumətindəki bəzi yetkililər Prezidentin xəstə olduğunu və xəstəxanada müalicə olunduğunu bildiriblər: “Lakin Afrika Birliyi rəhbərliyi bu açıqlama ilə razılaşmayıb və tezliklə ölkəyə heyət göndərib, vəziyyəti yerində öyrənəcəklərini bəyan edib”.

Maraqlıdır ki, dünya mətbuatı da ötən il Livanın baş naziri Həririnin Ər-Riyadda girov götürülməsi ilə yanaşı, bu ilin oktyabrın 2-də jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsi faktlarını xatırladaraq, Qabon prezidentinin taleyini araşdırmağa çalışır.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap