Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ər 41 yaşlı arvadını 70 yaşlı qonşusu ilə tutdu və... Gədəbəydəki olayın şok təfərrüatları

Tarix 15.10.18, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəy rayonu Qozqaralı kənd sakininin öz həyat yoldaşını baltalaması, qonşusunu isə ağacla döyərək ağır xəsarətlər yetirməsinin bəzi təfərrüatları məlum olub.

AzFakt.com xəbər verir ki, Qozqaralı kənd sakinlərinin A24.Az-a verdikləri məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, hadisəni törədən Əsgərov Əlviz Gülmalı oğlunun həyat yoldaşının 70 yaşlı qonşusu ilə ona xəyanət etdiyi bildirilir:

"Könül qonşu kişi ilə birlikdə Əlvizə xəyanət edirdi. Əlviz də işi ilə əlaqədar olaraq kənddə gec-gec olurdu. Elə bu məsələlərə görə o, işindən ayrıldı və 4 ildir ki, işsizdir. İşdən çıxdı ki, arvadının xəyanət etdiyini gözü ilə görsün. Yəni o, 4 ildir ki, arvadı ilə qonşu kişini güdürdü. İki gün bundan əvvəl onları təkrar olaraq bir yerdə tutub və şübhələri özünü doğruldub. Bundan sonra Əlviz birinci qonşu kişini tutub, aparıb meşəyə və orda ağacla ölümcül döyüb. Daha sonra evə gəlib arvadına da iki dəfə balta ilə xəsarət yetirib. İndi yaralıların hər ikisi Gəncədə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti isə ağırdır. 4 uşaqları var”.

Məlumata görə, Əlvizin həyat yoldaşı ilə eşq yaşayan 1949-cu il təvəllüdlü Məmmədov Firuddin Zeynəlabdın oğlu bir neçə dəfə ailə qurub: "Firuddin o qədər ailə həyatı qurub, boşanıb ki, say- hesabını itirmişik. Sonuncu dəfə hardansa cavan bir qız gətirib evlənib. Bu qadından da bir uşağı var”.

Qeyd edək ki, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Əlviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyərək ağır xəsarətlər yetirib. Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Əsgərov Əlviz Gülmalı oğlu saxlanılaraq istintaqa cəlb olunub.



Xəbərin oxunma sayı : 3904




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap