![]() |
|














“Rüfət Aslanlı maliyyə sektorunun qara səhifəsidir” – “Həvəslə müqayisə edib, uzağa getmək olar…”
Tarix 03.09.19, 9:58 |
|

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Ölkə başçısının qərarı 1 milyon 350 min nəfərə şamil olunub.
Maraqlıdır, hazırda Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr hansılardır?
Ən yüksək maaş bu sahələrdədir
AzFakt.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Azərbaycanda ən çox maaş verilən sahələr neft-qaz-mədən sektorundadır:
“Bu sahə üzrə dövlət sektorundakı işçilərin əməkhaqqı 1500 manat, özəl sektorda 4000-4500 manatdır. İkinci yerdə bank, maliyyə, sığorta fəaliyyətilə bağlı sahələr dayanır. Bu sahə üzrə dövlət sektorunda maaş 1400-1500 manat, özəl sektorda 1600 manata yaxındır”.
“230-300 manat maaş alanlar da var”
İqtisadçı-deputatın sözlərinə görə, ən az əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrindədir:
“Bu sektorlar üzrə həm dövlət, həm də özəl sahələrdə əməkhaqqı aşağıdır. Səhiyyə, sosial xidmətlər sahəsində əməkhaqqı 230-300 manata yaxındır. Amma ümumilikdə özəl sektorda dövlət sektoruna nisbətən əməkhaqlarının yüksək olduğu sahələr daha çoxdur. Peşə, elmi, texniki fəaliyyət sahəsində dövlət sektorunda 400-500 manat maaş verilirsə, özəldə bu məbləğ 2 min manatadəkdir. Belə fərqlər çoxdur”.
100 min manat maaş...
V.Əhmədov ayrı-ayrı özəl şirkətlərdə 50-100 min manat maaş alanların olduğunu istisna etməyib:
“Bunlar iri özəl şirkətlərdir. Onlar öz gəlirlərindən dövlət büdcəsinə vaxtlı-vaxtında vergi ödəyirsə, istədiyi maaşı verə bilər. Amma belə olanda dövlət və özəl sektor arasındakı əməkhaqqı fərqi getdikcə artır. Bunun da müəyyən araşdırmalara ehtiyacı var”.
“Rüfət Aslanlı maliyyə sektorunun qara səhifəsidir”
Parlamentari qeyd edib ki, özəl sektorda daha yüksək maaş faktlarını mətbuatda gedən məlumatlardan da görmək olar:
“Bir vaxtlar Maliyyə Bazarlarına Nəzarət Platasının sabiq rəhbəri Rüfət Aslanlının maaşı barəsində də məlumatlar tirajlanırdı. Onu da deyim ki, Rüfət Aslanlı iqtisadiyyatda bir epizod idi, keçib getdi. Azərbaycan maliyyə sistemi tarixində qara səhifə idi, bir dəfə oxundu, onunla da bitdi”.
“Onun maaşını müqayisə edib, uzağa getmək olardı”
İqtisadçı jurnalist Əli Əhmədov da öz növbəsində Azərbaycanda ən yüksək əməkhaqqı verilən sahələr barədə danışıb. O bildirib ki, ən yüksək maaş neft-qaz, informasiya-kommunikasiya texnologiyaları, bank sektoru, mobil operatorlardan – “Azercell”, “Bakcell”, “Nar” dadır:
“Təqribən iki il əvvəl isə KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşları açıqlandı. Həmin məlumatlarda Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının (indi DŞ ləğv olunub və R.Aslanlı da işdən azad edilib ) aylıq maaşı 65 min manat göstərilmişdi. KİV-də hay-küy qalxdı ki, onun maaşı prezidentin (15 min manat) maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur. Əslində real rəqəmlər də bundan çox fərqlənmirdi.
Palatanın keçmış rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400 min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafında olmuşdu. Həmin məbləğdən 38% (35% vergi, +3% DSMF-ə ödənişlər) çıxıldıqdan sonra təmiz maaş 36 min manat təşkil edirdi. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin (15000 manat), baş nazirin (2460 manat) və nazirlərin maaşları (1925) ilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olardı”.
Bank sektorundakı “bulaq”ın qaynağı
Əli Əhmədov qeyd edib ki, gəlirli sahələrdən sayılan maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir:
“Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşları nazirlərin əməkhaqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların Müşahidə Şurası və ya İdarə Heyəti sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir. Məsələn, bir neçə il əvvəl riteyl banklarından birinin aparıcı rəhbəri, indi isə başqa bir holdinqə rəhbərlik edən şəxs ilin nəticələrinə görə 5 milyon dollarlıq bonus almışdı.
İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirlər gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır”.
Baş nazirin maaşını qazanmaq üçün...
İqtisadçı jurnalistin sözlərinə görə, maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur:
“Hələ bir neçə il əvvələ qədər Mərkəzi Bankın rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişirdi. Bu mənada maliyyə sektorunun bir hissəsi olan və yüksək peşəkarların işlədiyi Maliyyə Bazarlarına Nəzarət Palatasında da əmək haqlarının yüksək olması başadüşüləndir. Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı (1925 manat) banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır. Baş nazirin maaşını (2460 manat) qazanmaq üçün isə tikinti sahəsində icraçı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir”.
Xəbərin oxunma sayı : 1000
Gündəm
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV