Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rövşən Lənkəranski ilə “Piter Elçin”i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi? - sensasion təfərrüatlar

Tarix 07.02.17, 3:38

Font ölçüsü : - / +
bitmap-img6


Kriminal avtoritet “Piter Elçin”in qardaşlarının öldürülməsi və kriminal aləmdə baş verən savaşın yeni və olduqca maraqlı təfərrüatları üzə çıxıb. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, “Piter Elçin”in qardaşlarının öldürülməsi ilə başlayan qan davasının səbəbkarlarından biri də Azərbaycanda ölkə rəhbərliyi yanında söz sahibi olan şəxslərdən birinin qohumudur. Bu təfərrüatlar arasında digər diqqət çəkən məqamlarda var. 

Bunlardan biri də kriminal qruplaşmalar arasındakı silahlı və qanlı hesablaşmaların “media savaşı”na sıçraması ilə də bağlıdır. “Piter Elçin”lə Rövşən Lənkəranskini düşmən edən səbəblər, onlar arasındakı qanlı hesablaşmaların baş vermə ardıcıllığını bu yazı ilə təqdim etməyə çalışacağıq.

***

Bir neçə gün əvvəl musavat.com saytında “Piter Elçin”in qardaşlarının öldürülməsinin təfərrüatları ilə bağlı yazı dərc edilmişdi. Yazıda “Piter Elçin” ləqəbli kriminal avtoritet Elçin Maşallah oğlu İsmayılovun qardaşlarının, xüsusi ilə də ötən ilin dekabrında Masallıda güllələnən Fariz İsmayılovun qətlə yetirilməsinin təfərrüatları qeyd edilirdi. Bu yazıdan sonra redaksiyamıza daxil olan məlumatda qardaşların öldürülməsinə səbəb olan hadisələrin ardıcıllığı barədə geniş bilgilər yer alır. Həmçinin “Piter Elçin”in yaxın qohumu İsmayılovların öldürülməsi ilə bağlı ilginc detalların da üstünü açıb.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, İsmayılov qardaşlarından ikisinin 6 ay ərzində güllələnərək qətlə yetirilməsi kriminal aləmdəki hesablaşmadan daha çox qan davasını xatırladır. Bunun qan davası olmasını deməyə əsas verən detallar da var. Bu barədə də məlumat verəcəyik. 

Əvvəlcə “Piter Elçin” haqda

Elçin Maşallah oğlu İsmayılov 1973-cü ildə Lənkəranın Boladi kəndində anadan olub. 1992-ci ildə Qarabağ döyüşlərində könüllü olaraq iştirak edib. 1994-cü ilin sonlarında isə Moskvaya gedib. Əvvəlcə Moskvada olan və ticarətlə məşğul olan kəndçilərinin yanına gedən Elçin İsmayılov bir neçə il sonraMoskavda kriminal aləmlə tanış olub. Çox keçməyib ki, E.İsmayılov 25 yaşında kriminal aləmin gənc və söz sahibi olan simalarından birinə çevrilib.  

Sankt-Peterburqda kriminal avtoritet kimi nüfuz qazanan “Piter Elçin”in digər qardaşları isə meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. “Piter Elçin”in ötən ilin yayında qətlə yetirilən qardaşı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarına nəzarət edib. Digər qardaşı Fariz İsmayılov da ticarətlə məşğul olub. Təbii ki, “Piter Elçin” bu sahədə qardaşlarına dəstəyini əsirgəməyib. İsmayılovların 4-cü qardaşı isə Boladi kəndində ata evində yaşayır. O, ağır xətəlikdən əziyyət çəkir.

“Piter Elçin”in azərbaycanlı “qanuni oğru”larla münasibəti

“Piter Elçin”in digər azərbaycanlı “qanuni oğrular”la yaxın münasibətləri olub. Kriminal aləmdə söz sahibi olan “Lotu Bəxtiyar”, “Masallı Mamed”, “Lotu Quli” ilə dost olan “Piter Elçin”in adı qalmaqallarda çox hallanmayıb. Avtoritetlər arasındakı qanlı hesablaşmalarda bir çox şəxslərin adı çəkilsə də “Piter Elçin” adı çoxlarına yaddır. “Piter Elçin” daha çox avtoritetlərlə münasibətləri yaxşı saxlamağın tərəfdarı olub. Qeyd etdiyimiz kimi, azərbaycanlı “qanuni oğru”larla münasibətləri yaxşı olan “Piter Elçin” Rövşən Lənkəranski ilə də yaxın münasibətdə olublar. Hətta bildirilir ki, Rövşən Lənkəranskinin ad almasında “Piter Elçin”nin böyük rolu olub. “Lotu Bəxtiyar”, “Masallı Mamed” və digər kriminal avtoritetlərdən Rövşən Lənkəranskiyə ad verilməsini də məhz “Piter Elçin”in xahişi əsasında baş tutduğu iddia edilir. “Piter Elçin” gənc yaşda kriminal aləmdə ad qazanmağa çalışan Rövşən Lənkəranskiyə öz dəstəyini hətta ona rus dilini öyrətməsi üçün müəllim tapmaqla da göstərib.   

Ancaq “Piter Elçin”in Rövşən Lənkəranski ilə münasibətləri istədiyi şəkildə davam etməyib. İki nüfuzlu “qanuni oğru” bir neçə səbəbdən üz-üzə gəlib, sonda isə düşmən olublar.

“Piter Elçin” və Lənkəranskini düşmən edən səbəblər

Musavat.com-u bilgiləndirən mənbə deyir ki, “Piter Elçin”lə Rövşən Lənkəranski arasında münasibətlərin pozulmasında Namiq Canıyevin (Rövşən Lənkranskinin qardaşının) də rolu olub. Belə ki, Namiq Canıyevin məclislərin birində kriminal aləmdəki məsələlərə müdaxilə etməsi “Piter Elçin”in xoşuna gəlməyib və ona öz iradını bildirib. Tərəflər arasındakı sözlü mübahisə sonradan Rövşən Lənkəranski - “Piter Elçin” münasibətlərində soyuqluq yaradıb. 

Lakin bu soyuqluq “Piter Elçin”in toyunda aradan qalxıb. Rövşən Lənkəranski “Piter Elçin”ə qarşı jest edərək onun toyunda iştirak edib və münasibətlər bundan sonra da ilk gündən olduğu kimi davam edib. 

Amma Rövşən Lənkəranski - “Piter Elçin” münasibətləri növbəti dəfə də gərginləşib. Buna səbəb yenə də məclislərdən birində Namiq Canıyevlə “Piter Elçin”in sözünün tərs gəlməsi olub. Namiq Canıyevin növbəti dəfə “qanuni oğrular”ın olduğu məclisdə kriminal aləmlə bağlı fikir bildirməsi, kiminsə cəzalandırılması ilə bağlı söz söyləməsi “Piter Elçin”i qəzəbləndirib. N.Canıyevlə “Piter Elçin” arasındakı narazılıq böyüyüb. Bu narazılıq və mübahisə iki “qanuni oğru”nu düşmən edib. 

İki avtoritet arasındakı münasibətlərin qırılma nöqtəsində isə ölkə rəhbərliyi qarşısında söz sahibi olan nüfuzlu şəxslərdən birinin yaxın qohumunun adı hallanır. Həmin şəxs “qanuni oğru”ların düşmənə çevrilməsinin və ardınca başlayan qan davasının səbəbkarı olub. Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin Orucağa adlı qohumunun (Orucağa adını qeyd etmədiyimiz nüfuzlu şəxsin qudasının qardaşıdır) “Piter Elçin”in qardaşı Maarif İsmayılovla ticarət əlaqələri olub. Onlar Moskvada meyvə-tərəvəz alveri ilə məşğul imişlər...









Xəbərin oxunma sayı : 1408




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap