“Niyə kiməsə görə məclisdən gedim?“ “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova Demet Akalının əri müflis oldu Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar
Axtar
 
  • / Maqazin / — 17 İyul 2018

    “Niyə kiməsə görə məclisdən gedim?“

  • / Maqazin / — 14 İyul 2018

    “100 saatdan çox narkoz almışam” - Aygün Kazımova

  • / Maqazin / — 13 İyul 2018

    Demet Akalının əri müflis oldu

  • / Maqazin / — 12 İyul 2018

    Məşhur müğənni aktrisa ilə evləndi - Fotolar

  • / Maqazin / — 10 İyul 2018

    Çinarə və Nadir arasında qalmaqal: Gəbər inşallah - VİDEO

  • / Maqazin / — 10 İyul 2018

    Roza ilə Nura arasında birincilik qalmaqalı

“Rövşən Lənkəranski“nin il mərasiminə hazırlıq gedir - Kriminal avtoritetlər Lənkərana gəlir

Tarix 12.08.17, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran şəhəri avqustin 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) öldürülməsinin ildönümünə hazırlaşır.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Canıyevin qohumları qonaqları qəbul etmək üçün yas çadırlarını Lənkəranın mərkəzi küçəsində qurmaq istəyirlər. Lakin asayiş keşikçiləri onlara yolu bağlayaraq avtomobillərin hərəkətinə mane olmağı qadağan ediblər. Əvəzində yas mərasimini keçirmək üçün mərkəzi küşənin qurtaracağında olan dalandakı xüsusi yerı təklif ediblər.



Lənkəranskinin qəbrini ziyarət etməyə kriminal dünyasının nümayəndələrinin də gələcəyi bildirilir. Analoji vəziyyət 2006-cı ilin 7 aprelində Moskvadakı Leninqrad prospektində qətlə yetirilmiş "qanuni oğru" Hikmət Muxtarovun (Sabirabadlı Hikmət) dəfni zamanı yaranmışdı. Muxtarovla vida mərasiminə aralarında çox sayda kriminal avtoritetin də olduğu 1,5-2 min nəfər gəlmişdi. 

"Gələcək avtoritetlər, qanunla təqib olunmayan şəxslər ola bilər. Əgər onların üzərində cinayət məsuliyyəti yoxdursa, istənilən ölkənin sərhəddini sərbəst şəkildə keçə bilərlər. Biz düşünmürük ki, Lənkəranskinin qəbrini ziyarət etməyə haqlarında axtarış elan edilmiş kriminallar gələcək. Asayişin təmin olunması üçün polis bütün zəruri tədbirləri görəcək", - deyə daxili işlər orqanlarındakı mənbə bildirib.

Hüquq mühafizəçiləri bildiriblər ki, yasa kriminal dünyasının nümayəndələrinin gəlməsini hamıdan az Lənkəranskinin qardaşı Namiq Canıyev istəyir. Çünki o, dövlət hüquq-mühafizə orqanlarının əməkdaşıdır və yas mərasimində hər hansı hadisənin, ifrata varmanın baş verməsini istəmir.

Moskvanın kriminal eksperti Georgi Çikaberidze isə Azərbaycana avtoritetlərin gələcəyinə inanmır. Onun sözlərinə görə, Lənkəranskinin xatirəsini yad etmək üçün Lənkərana gedəcəyini deyənlər az deyil. Onlar o adamlardır ki, vaxtilə Rövşən Canıyev onlara kömək edib. Amma onların sözünə inananlar azdır.

"Kim ki getmək niyyətindədir, bunu hər yerdə qışqıraraq bəlli etmir", - ekspert deyib.

Çikaberidze əlbəttə, qəbul edir ki, kriminal dünyanın bir sıra nümayəndələri Lənkərana gedəcəklər. Amma gedənlərin miqyası elə də böyük olmayacaq. (“Sputnik”)





Xəbərin oxunma sayı : 148

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda