Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm“ - Natavandan sərt sözlər

Tarix 02.03.20, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


"Bu yaxınlarda oğurluq aşkarladım. Həyatımda böyük hadisə baş verdi. İşimlə, malımla bağlı... Mənə yaxın olan insanlar məni pula satdılar. Təsadüf nəticəsində aşkarladım. Hamısının üzünə də dedim. İnsanın pərt olması, yerin dibinə girmək istəyi məni pis hala saldı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi üzləşdiyi xəyanətdən danışıb. Natavan bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb:

"Kim məni satdısa, onunla bağlı təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. Ən axırıncı yollardadır. Çox tanınmış bir Xalq artistidir. Bilmir artıq nə etsin, hər şeyə əl atır ki, ideyalarıma, adamlarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq var, sən batdın. Natavanın susduğu günlər keçdi. İndi hamısını adla deyəcəm. Onların həyatı ilə maraqlanmıram. Edirlər, cavab verirəm, oluram aqressiv".

Natavan Elnarə Xəlilovanın "W-trio"nun keçmiş üzvlərini (Xalq artisti Röya Ayxan, Natavan Həbibi - red.) yeni açdığı sənət məktəbinə dəvət etməsinə cavab verib. O, Elnarənin istəyini cavabsız qoyacağını etiraf edib: 

"İstəmirəm... Səmimi, açıq, rahat deyirəm, istəmirəm... Hər kəsin öz işi özünə. Gedin duetinizi oxuyun. Birlikdə işləyin məndən uzaq olun. Münasibətimiz varsa, salamlaşacağıq, yoxdursa uzaq. Elnarə, şərikli iş olmur. Heç kimi dəvət etmə, tək... Özünə güvənin varsa, tək edəcəksən. Onun istedadına bələdəm. İkinci, üçüncü alınmır. Yenidən rəqabət, lazımsız dava-qırğın, çürük söhbətlər olacaq".

Sənətçi Röya ilə bağlı da qalmaqallı açıqlama verib. O, həmkarı və keçmiş rəfiqəsi ilə heç bir halda qarşılaşmaq istəmədiyini söyləyib:

"Elnarə ilə münasibətim normaldır. Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin söhbətini etsin. Kiminləsə nə işim, nə marağım, nə də dostluq etmək istəyim var. Mənə toxunmasınlar. İmkan verin öz işimlə məşğul olum".







Xəbərin oxunma sayı : 661




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap