Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Rabitə Bank”ın 2017-ci ildəki milyonluq zərəri – Bankın taleyi necə olacaq?

Tarix 06.02.18, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


"Rabitə Bank” 2017-ci ili 11,563 milyon manat xalis zərərlə başa vurub

AzFakt.com bildirir ki, Azxeber.com-un apardığı araşdırmaya görə, bu, 2016-cı illə müqayisədə 10,2% azdır. Belə ki, 2016-cı ildə Bankın xalis zərəri 12,873 milyon manat təşkil etmişdi.

Ötən il "Rabitə Bank”ın faiz gəlirləri 25,513 milyon manat, faiz xərcləri 13,643 milyon manat, qeyri-faiz gəlirləri 14,287 milyon manat, qeyri-faiz xərcləri 17,591 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 20,128 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə "Rabitə Bank”ın aktivləri 727,241 milyon manat olub ki, bu da illik müqayisədə 31,7% çoxdur. Bunun 201,354 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 13,4% böyüyüb.

Hesabat dövründə "Rabitə Bank”ın öhdəlikləri 29% artaraq 653,852 milyon manat təşkil edib. 575,353 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 42,3% böyüyüb.

İl ərzində "Rabitə Bank”ın balans kapitalı 60,9% artaraq 73,389 milyon manata, nizamnamə kapitalı isə 82,5% artaraq 88,5 milyon manata çatıb.



Xəbərin oxunma sayı : 202




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap