“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rabitəbank”da problemli kreditlərin artması fonunda təminatsız kreditlər rekord səviyyəyə yüksəlib - FOTO

Tarix 18.09.23, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


“Rabitəbank” istehlak kreditlərinin 76%-ini heç bir təminat olmadan verib....

Son vaxtlar müxtəlif sosial media platformalarında və media subyektlərində “Rabitəbank”ın adının əsasən neqativ istiqamətdə daha çox hallandığının şahidi oluruq.

Poliqon-un redaksiyasına da bu səpkidə olan diqqətçəkici informasiyalar daxil olub. Həmin məlumatlardan bəlli olur ki, “Rabitəbank” istehlak kreditlərinin 76%-ini heç bir təminat olmadan əhaliyə verib. Əvvəlki rüblə müqayisədə təminatsız kreditlərin həcmi xeyli artıb.

Maraqlıdır ki, təminatsız kreditlər bankın problemli kreditlərinin artması fonunda baş verir. Nəzəri cəhətdən problemli kreditlər cəngində olan bank istehlak kreditlərini təminatsız verməkdən, başqa sözlə desək, pulunu havaya sovurmaqdan çəkinməli idi.

Problemli kreditlərə gəldikdə isə Poliqon-a daxil olan məlumatda bildirilir ki, “Rabitəbank” ASC-nin problemli kreditlərinin həcmi 3,6 milyon manat artaraq 26 milyon 454 min manatdan 30 milyon 13 min manata yüksəlib.

2023-ci ilin ikinci rübünün yekununda geri ödənilməyən kreditlərinin həcmi 39,5 milyon manat olub və bu kreditlərin 30 milyon manatının geri ödəmə müddəti 30 gündən artıq gecikib.

Məlumata görə problemli kreditlərin təxminən yarısı, 13 milyon manatı isə 1 ildən artıqdır ki, geri ödənilmir.

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarla bağlı “Rabitəbank” ASC-yə sorğu yollasaq da, bank rəhbərliyi sorğumuzu cavablandırmayıb. Bütün hallarda “Rabitəbank” ASC-nin mövqeyini dərc etməyə hazırıq...




Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap