Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İradə Gülməmmədovanın tikinti “bumu“ etirazlara səbəb olub - Sakinlərdən ağır ittihamlar

Tarix 06.08.20, 17:06

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalan şəhərini bürüyən "tikinti bumu" yerli sakinlərin kütləvi narazılığına səbəb olub.

Söhbət ilk növbədə son vaxtlar geniş vüsət alan yaşayış binalarının inşası ilə bağlıdır.

Bu barədə Mia.az-a daxil olan şikayətlərdə bildirilir.

Sakinlərin dediklərinə görə, apartman binalarının tikintisi əksərən qanunsuz yollarla aparılır.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın həmin qanunsuzluqlara göz yumduğunu deyən xırdalanlılar sözügedən binaların inşası ilə bağlı Dövlət Şəhərsalma və Arixtektura Komitəsini də məsələyə məsuliyyətsiz yanaşmaqda ittiham edirlər. "Apartman binalarının tikintisində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Belə binalar harda gəldi, necə gəldi tikilir və adi vətəndaşlara ciddi narahatlıq yaradır. Kimlərsə bəlli yollarla normal yaşayış evinin inşası üçün icazə alır, bir müddət sonra isə həmin yerdə 20-30 ailənin yaşayacağı, 3-4 mərtəbəli binalar peyda olur. Bu binaların ətrafı yaşayış evlərindən ibarətdir. İş o həddə çatıb ki, yayın bu qızmarında insanlar öz evlərinin həyətində dincələ, istirahət edə bilmirlər. Çünki binalar birbaşa bu həyətlərə baxır" – deyə şikayətlərdə vurğulanır.

Belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipinin gözlənilmədiyini, tamamilə maddi maraq güdüldüyünü deyən sakinlər bildirirlər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xırdalandakı bu rüsvayçı, artıq bütün əndazələri aşmış "tikinti bumu"na səssiz qalması, göz yumması təəccüb və təəssüf doğurur, eyni zamanda hansısa gizli, mübhəm mətləblərdən xəbər verir. Həmçinin icra başçısı İ.Gülməmmədovanın da belə qanunsuz hallara "yaşıl işıq" yandırması göz önündədir. Əks halda apartman binaları sözün həqiq mənasında xırdalanların başının bəlasına çevrilməzdi.

Redaksiyamıza daxil olan şikayətlərdə o da qeyd edilir ki, bu ilin iyununda Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevlə bərabər İ.Gülməmmədovanın yaxın qohumu Qoşqar da saxlanılmışdı.

Lakin həmin şəxs sonradan müəmmalı və möcüzəli şəkildə azadlığa buraxılıb. Halbuki Abşeron rayonu, o cümlədən Xırdalan ərazisindəki qanunsuz, özbaşına tikintilərin bir çoxu məhz onun himayədarlığı ilə gerçəkləşdirilib. İcra başçısının adıçəkilən qohumunun indinin özündə də oxşar əməlləri davam etdirdiyini bildirən sakinlər bu dözüməz vəziyyətə son qoyulmasını istəyirlər.







Xəbərin oxunma sayı : 2347




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap