![]() |
|














“Raket evi dağıdıb, 4 kisə sement, 5 kisə qum verirlər” - Ağdam sakini
Tarix 07.04.21, 12:14 |
|

Rzalar kənd sakini ailə üzvləriylə raketdən dağılmış evdə yaşayır
"Gəlib siyahıya alanda demişdilər ki, narahat olmayın, belə evlər sökülür, yerində yenisi tikilir. Sonra gəldilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Halbuki, verdikləri şifer evin bir hissəsini də örtmür. Evin üstü üçün azı 50-60 şifer lazımdır, çünki qəlpə bütün şiferləri deşik-deşik edib. Pəncərələri ümumiyyətlə, siyahıya salmayıblar, 4 ədəd şüşə yazıblar, deyirəm, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?”
Bunu Meydan TV-yə Ağdamın Rzalar kənd sakini Rəhman Həsənov deyir. İkinci Qarabağ Müharibəsi başlayandan kənd istiqamətində atılan raket və mərmilər Rəhman Həsənovun yaşadığı evi dağıdıb. Daha dəqiqi, noyabrın 3-də raket evin bir hissəsini tamamilə dağıdıb, qalan hissəsini də yaşamaq üçün yararsız hala salıb. Müharibənin bitməsindən 5 aydan çox keçməsinə baxmayaraq, dövlət ailəyə hələ də yeni ev tikməyib.
"Dedilər sökülməlidir, ancaq "bərpa olunmalıdır” qeyd edib, getdilər”
Rəhman Həsənov danışır:
"O vaxtdan 3 dəfə gəliblər. Birinci dəfə gələndə dedilər ki, prezidentin göstərişi var, belə evlər sökülüb, özüldən yenidən tikiləcək. Bizə bir söz dedilər, ancaq kağıza başqa şey qeyd etdilər. Sonra bilmişik ki, bizə "sökülməlidir” deyib, əslində ora "bərpa olunmalıdır” yazıblar. Sonra da dedilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Dedim, sizin təklif etdiyiniz materiallarla heç bir otağı düzəltmək mümkün deyil. Bunlar yalnız raketin dağıtdığı hissəni nəzərdə tutublarmış. Halbuki, ev özüldən silkələnib, digər otaqların divarları çat verib, dam örtükləri dağılıb. Bu ev ikinci dəfədir ki, belə vəziyyətə düşür, Birinci Qarabağ Müharibəsində də dağılmışdı, Qırmızı Ayparanın xəttiylə bir Norveç şirkəti gəlib təmir-bərpa etmişdi. İkinci dəfə raketdən dağılan evi 4 kisə sement, 5 kisə qumla necə bərpa etmək olar?”
"Kənddə xeyli belə dağılmış ev var”
Rəhman Həsənovun sözlərinə görə, kənd təmas xəttinə yaxın olduğundan yaxınlıqdakı minadan təmizləmə prosesi zamanı minalar zərərsizləşdirilərkən ev özülündən silkələnir:
"Hər dəfə partlayış olanda arxa otaqların dam örtüyünün milləri, divardan kərpiclər qopub düşür... 4 nəfərlik ailə 7 aydır ki, bu dağıntının içində qorxa-qorxa yaşayır. İki azyaşlı övladım var, bütün qışı əziyyət çəkdik. Dediyim kimi, 7 ay ərzində üç dəfə gəliblər, heç içəri otaqlara keçib baxmayıblar, elə qapıdan boylanıb, gediblər. Kənddə xeyli belə dağılmış ev var, aidiyyəti qurumların vecinə də deyil. İcra hakimiyyətinə gedirik, deyirlər, bizlik deyil, bu işlə Nazirlər Kabineti məşğul olur”.
"Büdcədən pul ayrılıb axı...”
Rəhman Həsənov Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Birinci vitse-Prezidentə, Milli Məclisə və başqa ünvanlara müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərindən sonra təxminən 1 ay əvvəl evə yenidən baxış keçirilib:
"Bu dəfə gələn adam özünü Nazirlər Kabinetinin işçisi kimi təqdim etdi. Şəkillər çəkib, getdi. O gün – bu gün, hələ də bir xəbər yoxdur. Fəhləliklə məşğul oluram, qazancım çörəyimizə zorla çatır, mənim bu evi tikmək imkanım yoxdur. Həm də, niyə özüm tikməliyəm axı... Dövlətin başçısı göstəriş verib ki, bütün dağılmış evlər yenidən tikilsin, bu işə görə büdcədən külli miqdarda pul ayrılıb. Zəhmət çəksinlər, o pulları insanların dağılmış evlərini tikib versinlər”.
Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, dağılmış evlərin siyahısı Nazirlər Kabinetinə təqdim olunub. Bütün qərarları da həmin qurum verir.
Rəsmi məlumata görə, Ağdam rayonu ərazisində ümumilikdə 35 ev dağıdılıb. Hər biri 2-5 otaqlı evlər olmaqla yenidən tikilir. Mərmidən təxminən 2 min ev isə qismən zərər çəkib. Çoxunda təmir-bərpa işləri yekunlaşıb.
İkinci Qarabağ Müharibəsi zamanı tikililərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev 6 noyabr 2020-ci ildə Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq Dövlət Komissiyası yaradılıb. Baş nazirin rəhbərliyi altında təşkil olunmuş Komissiya tərəfindən ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.




Xəbərin oxunma sayı : 916
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV