“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İrakli Qaribaşvili ikinci dəfə Gürcüstanın Baş naziri seçilib- Yeni hökumətinin tərkibi

Tarix 22.02.21, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan parlamenti İrakli Qaribaşvilinin Baş nazir postunu tutduğu yeni hökumətə etimad göstərib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında səsvermə zamanı 89 deputat hakim “Gürcü Arzusu”nun təqdim etdiyi yeni hökumətin tərkibini dəstəkləyib.

Yerli qanunvericiliyə əsasən parlamentin hökuməti təsdiqləməsi üçün minimum 76 deputatın səsi kifayət edir. Yeni hökumətin tərkibində əvvəlkindən fərqli olaraq iki yeni nazir var. Bunlar regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladzedir.

Gürcüstanın yeni hökumətinin tam tərkibi aşağıdakı kimidir:

Xarici işlər naziri – David Zalkaliani;

İqtisadiyyat və davamlı inkişaf naziri – Natia Turnava;

Ədliyyə naziri – Qoça Lortkipanidze;

Daxili işlər naziri – Vaxtanq Qomelauri;

Regional inkişaf və infrastruktu naziri – Irakli Karseladze;

Maliyyə naziri – İvane Maçavariani;

Təhsil, elm, mədəniyyət və idman naziri – Mixeil Çxenkeli;

Qaçqın və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze;

Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri – Levan Davitaşvili; müdafiə naziri – Cuanşer Burçuladze;

Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri – Tea Axvlediani.

Gürcüstan konstitusiyasına görə parlamentin yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməsindən sonra Prezident yeni Baş nazirin təyinatı ilə bağlı fərman imzalamalıdır.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili daha əvvəl 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub.

Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb.



Xəbərin oxunma sayı : 751




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap